vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
10:35 | 7 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 1885 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Betərin betəri

İran üçün pis günlər arxada qaldı, indi daha pis günlər başlayır

Şahin CƏFƏRLİ

ABŞ prezidenti Donald Tramp bir az əvvəl İrana qarşı ikimərhələli sanksiyaların bərpası haqqında qərar imzaladı. Sabahdan etibarən İranın avtomobil sənayesinə, qızıl və digər qiymətli metal, eləcə də polad, kömür, alüminium ticarətinə, mülki aviasiya sektoruna, borc kağızlarına sanksiyalar və dollar əldə etməsinə qadağalar qüvvəyə minəcək.

Sanksiyalar İranla bu sahələrdə əməkdaşlıq edəcək üçüncü ölkələrə və qurumlara da şamil olunacaq. Bu, o deməkdir ki, Azərbaycanda İranın avtomobil zavodu inşa etməsinə dair layihənin gerçəkləşməsi başqa bahara qala bilər. Digər tərəfdən, bizim hökumətin “Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana ayırdığı 500 milyon dollar kredit hələ bu ölkəyə köçürülməyibsə, bundan sonra köçürülməsi mümkün olmayacaq.

Ağ Evin açıqlamasına görə, artıq 100-dən çox beynəlxalq şirkət İran bazarını tərk edib və ya tərk etməyə hazırlaşır. Bu sırada “Cənubi Pars” təbii qaz yatağının işlənməsinə dair İranla 4,2 milyard avroluq anlaşma imzalamış Fransanın “Total” enerji şirkəti, Almaniyanın elektrotexnika nəhəngi “Siemens”, məşhur avtomobil şirkətləri “Renault”, “Peugeot”, “Citroen” də var. Avtomobil sənayesi enerjidən sonra İran iqtisadiyyatının ikinci böyük sektorudur. Sanksiya nəticəsində bu sektorda çalışan təxminən 1 milyon adam işsiz qalmaq təhlükəsi ilə üzləşib.

İranda real hakimiyyəti əlində tutan vilayəti-fəqih sistemi ölkədə yaranmış ağır duruma görə məsuliyyəti prezident Ruhani və onun hökumətinin boynuna qoymağa çalışır. Halbuki ölkə iqtisadiyyatının strateji sahələrinə ali liderə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu nəzarət edir. Büdcə vəsaitlərinin önəmli hissəsini də bu struktur “udur”. Sanksiyaların ləğvindən sonra ölkədə vəziyyətin yaxşılaşmamasının əsas səbəbi budur ki, həmin qüdrətli təşkilatın xarici əməliyyatlarına on milyardlarla dollar pul xərcləndi.

Artıq Ruhani parlamentdə izahat verməyə çağırılıb. Dünən Milli Bankın sədr müavini həbs olundu. Rejim Ruhani hökumətinin ABŞ-la danışıqlara getməsi ehtimalı ilə bağlı bu gün çox sərt xəbərdarlıqla çıxış etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı bəyanat verdi ki, bəzi siyasətçilər düşmənə boyun əymək istəyir, buna imkan verilməyəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)