vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9254 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1593 AZN
Türk lirəsi 1 TRY = 0.2621 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
11:04 | 7 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 480 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qlobal Sazişin prinsipləri ilə tanışlıq

Mingəçevir sahibkarları ilə görüş keçirilib

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İB-nin rəhbəri Füzuli Əsədovun təşkilatçılığı ilə “Sahibkarlıq subyektlərinin inkişafında Qlobal Saziş prinsipləri” layihəsi çərçivəsində təlimlər keçirilib. Tədbirin təlimçisi Tofiq Həsənov layihə barədə geniş məlumat verərək qeyd edib ki, Qlobal Saziş məsul və dayanıqlı korporativ siyasət və təcrübələrin hazırlanması, icrası və açıqlaması üçün liderlik platformasıdır: İlk dəfə Qlobal Saziş ideyası 1999-cu ildə Davosda keçirilən iqtisadi forumda BMT-nin baş katibi Kofe Annan tərəfindən irəli sürülüb. Bu saziş öz fəaliyyət və strategiyalarının insan hüquqları, əmək, ətraf mühit və korrupsiyaya qarşı mübarizə sahəsində bütün dünyada qəbul edilmiş 10 prinsip uyğunlaşdırmaqla, qərarlı şirkətlər üçün strateji siyasət təşəbbüsü olaraq xidmət göstərir.

Qeyd olunub ki, Azərbaycanda 2006-cı ildə bir sıra özəl müəssisə və təşkilatlar Qlobal Sazişdə iştiraka maraq göstərməyə başlayıb. Hazırda Azərbaycanda şəbəkənin 19 üzvü var, bunlardan 7-si biznes sektoru, 9-u Vətəndaş Cəmiyyəti Təşkilatlarını, 2-si isə akademik sektoru təmsil edir.

Tofiq Həsənov  onu da vurğulayıb ki, bu 10 prinsip bugünkü günə dünyanın 6 min  iri  şirkəti tərəfindən qəbul olunur və 130 dan çox ölkə bu sazişə qoşulub: ”Burada əsas prinsip insanların əmək, iş prosesində, işəgötürənlərlə işçilər və yeri gələndə dövlət  arasında  bəzən üçtərəfli, bəzən də ikitərəfli müqavilələrin qiymətləndirilməsi və həmin müqavilələrə uyğun hərəkət olunmasından söhbət gedir. Bunun üçün onların hüquqlarının müdafiə olunması, əmək prinsipləri, uşaq əməyinin və korrupsiyanın qadağan olunması nəzərdə tutulur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *