vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9254 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1593 AZN
Türk lirəsi 1 TRY = 0.2621 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
12:08 | 7 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 497 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran ABŞ-ın məngənəsində

Kütləvi etirazlar, “ölən” milli pul və sanksiyalar

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Tramp administrasiyası bu həftə rəsmi Tehrana qarşı sanksiyaları sərtləşdirməklə İran iqtisadiyyatına zərər vurmağı hədəfləyib. Modern.az saytının “Reuters” agentliyinə istinadən məlumatına görə, bu haqda ABŞ administrasiyasının rəsmiləri bildiriblər.

ABŞ-ın sanksiyalarının İranın metal, kömür ticarətini, proqram təminatı və avtomobil sektorunu vuracağı bildirilir. Həmçinin ABŞ çalışır ki, İranın dollardan asılılığı çoxalsın.

İranın milli valyutası rial bu ilin aprelindən etibarən ABŞ-ın sanksiyalarının nəticəsi olaraq dollara nisbətdə 50 faizə qədər dəyər itirib.

Milli valyutanın dəyərini itirməsi, inflyasiyasının yüksəlməsi, İranda sosial etirazları gücləndirib. Nümayişçilər korrupsiyaya və möhtəkirliyə etiraz əlaməti olaraq hökumət əleyhinə şüarlar səsləndirir.

ABŞ prezidenti Donald Tramp İran liderlərinin resurslara olan çıxışlarını kəsmək niyyətindədir – rəsmi şəxslər bu qənaətdədir.

Ağ Ev bu ilin noyabrında İranın neft sektoruna da ağır zərbə vurmaq üçün sanksiya üzərində işləyir.

Lakin rəsmi Vaşinqtonun sanksiyalar strategiyasının bir neçə zəif nöqtəsi də var – bu xüsusilə Çin və Avropa ilə ticarət əlaqələrinə aiddir.

Avropa Birliyi artıq ABŞ-ın İran əleyhinə sanksiyalardan təəssüfləndiyini bildirib.

“Birləşmiş Ştatlar sanksiya öhdəliklərini yerinə yetirməyə tam sadiqdir. Biz uyğunluğun təmin edilməsi üçün İranla biznes əlaqələrində olan ölkələrlə sıx əməkdaşlıq edəcəyik”, - Tramp isə bəyanatında belə bildirib.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib ki, İran sanksiyalardan qaçmaq istəyirsə, Trampın danışıqlar təkliflərini əsas götürməlidir.

“Onlar prezidentin onunla danışıqlar aparılması təklifini əsas götürməlidirlər. İranın etibarlı bir şəkildə özünün ballistik raket və nüvə proqramlarından imtina etməsi ilə bağlı məsələ həqiqətən də qənaətbəxş deyil. İran ciddi olsaydı, onlar danışıqlar masasına gələrdilər”, - Con Bolton “Foxnews” kanalına deyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ, onun müttəfiqləri Səudiyyə Ərəbistanı və İsrail Tehrana qarşı düşmənçilik siyasəti yürüdürlər.

“Amma onların şiddət və təzyiq siyasəti özlərini təcrid edir. Çünki dünya özü İrana qarşı düşmənçilik siyasətindən uzaqlaşır”, - Zərif bəyan edib.

ABŞ rəsmiləri isə bildirirlər ki, sanksiyalar Həsən Ruhani hakimiyyətinin devrilməsinə hesablanmayıb.

Onlar sadəcə İranda hökumət qüvvələrinin etirazçılara zor tətbiq etdiklərinə görə narahatlıqlarını bildiriblər.

Avropa Birliyi isə Ağ Evə etiraz edib. Böyük Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri birgə bəyanat yayaraq İrana qarşı sanksiyalardan böyük təəssüf hissi keçirdiklərini qeyd ediblər.

“Reuters” yazır ki, ABŞ rəsmiləri Trampın İranla danışıqlara hazır olduğunu vurğulayırlar.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb.

Təkrar sanksiyalar avqustun 7-dən etibarən qüvvəyə minib.

İslam Respublikasına qarşı sanksiyaların bərpasını nəzərdə tutan sənədə əsasən İranın dollar bazarına çıxışı dayandırılır, beynəlxalq maliyyə əməliyyatları aparması məhdudlaşdırılır, habelə qızıl, gümüş və digər qiymətli metallarla ticarət aparmasına qadağa, hətta İran xalçalarının ticarətinə də embarqo qoyulur.

Aqşin KƏRİMOV


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *