vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9254 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1593 AZN
Türk lirəsi 1 TRY = 0.2621 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TOP OYUNLARI  
14:35 | 7 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 476 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zaur Axundovun işgüzar imici …

… Yaxud Koroğlunun nizam-intizamsız dəliləri

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan futbolunun Koroğlusu Zaur Axundov... Niyə Koroğlu? Səbriniz olsun, əvvəlcə bir “mus” deyim, sonra “Mustafa” da deyəcəkdim də. Day keçib, “Niyə Koroğlusu” sualına cavab verim.

Koroğlu döyüşdə qılınc çalıb, qan töküb yorulandan sonra bir oturuma bir cöngə (öküz) yeyirmiş. Zaur Axundov da Azərbaycan futbolunda 4 vəzifə tutur. Qılınc çalıb, qan tökməsə də, hərdən-birdən yumruq-zad atmağı var. Təbii ki, Azərbaycan futbolu naminə. Onu sonuncu dəfə portuqalları döyəndə görüblər. İndi özünüz hesablayın, hər vəzifə üçün sərf edilən enerjini buynuzlu (buynuzsuz işə yaramır, işgüzar nüfuza xələl gətirir) qara qoç yeməklə bərpa etmək olar. 4 vəzifə, buynuzlu 4 qara qoç deməkdir. Buynuzlu 4 qara qoç da bir cöngə edər? Edər! Bax, ona görə də Zaur Axundov Azərbaycan futbolunun Koroğlusu olmağı da haqq edib.

Hə, futbolumuzun Koroğlusu Mətbuat Şurasına şikayət edərək bildirib ki, iki həmkarımız - Elçin Cəlilovla Vüsal Mahmudov onun işgüzar imicinə zərbə vurublar. Elçinin də, Vüsalın da qələminə bələdəm, vurduqları zərbənin açdığı yara, yalan olmasın, “Alazan” raketinin yaratdığı dəlikdən böyük olar ki, kiçik olmaz. İkisi birdən vuranda isə... Onda o işgüzar imic o qədər sanballı olmalıdır ki, dağım-dağım olmasın.

Eləmədim tənbəllik, başladım Zaur Axundovun işgüzar imicini axtarmağa. Bah, “Futbol+” qəzetinə verdiyi müsahibə lap yerinə düşdü. Zaur Axundov müsahibəsində “Keşlə”dən qovduğu Yuri Maksimovla münasibətlərindən danışıb. Əvvəlcə deyib ki, Maksimovdan hesabat tələb edirdim. Nizam-intizamın olması mənim üçün vacibdir, önəmlidir, həyati əhəmiyyətlidir, peşəkarlıqdır, nə bilim nədir. Əla ey, əla. Əsl peşəkar belə olar. İşgüzar imicin sanbalı necə lazımdır, elədir. Növbəti sualda isə deyir ki, Maksimova tapşırdım, Raufla Fuadı meydana buraxma. Daranq, part, zırt, pırt... Burda peşəkarlıq, işgüzar imic əvvəlcə dombalaq aşır, sonra salto vurur, daha sonra paralel qollarda yellənir. Peşəkar ey... Baş məşqçiyə göstəriş verir ki, filan oyunçunu meydana burax, filankəsi də buraxma. Buna deyirlər özün öz işgüzar imicini dağıtmaq.

Daha sonra isə deyir ki, Maksimov Elnur Cəfərovu bəyənməmişdi, amma biz onu komandaya götürdük. Bununla da “nizam-intizam”la bağlı imicin də içinə möhkəm hava buraxmış olub. Elnur Cəfərov oynadığı futbolla yox, intizamsızlığı ilə tanınıb. Belə futbolçunu komandasına ancaq və ancaq Koroğlu götürərdi. Koroğluya dəli-dolu adamlar lazım olub axı.

Zaur müəllim, Mətbuat Şurasına müraciət etmək sizin haqqınızdır. İstəsəniz, bu yazıdan sonra lap məndən də şikayət edə bilərsiz. Amma məsləhətdir ki, şikayətin motivini dəyişəsiz.

Vallah, billah, müsahibəni o baş-bu başa var-gəl etdim, Zaur Axundovun işgüzar imicinə rast gələ bilmədim ki, bilmədim. O işgüzar imici Elçinlə Vüsalın da zədələdiyini güman etmirəm. Sizin nə vaxtsa işgüzar imiciniz olubsa (hərçənd buna da inanmıram), onu özünüz dağıdıbsız. Bərəkət haqqı!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *