vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
20:10 | 8 avqust 2018 | Çərşənbə Məqaləyə 1664 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belə sərt sanksiya tələbi hələ görünməmişdi...

Putinin bütün dünyadakı pullarını tapıb dondurmaq tələb edilir

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın İrana qarşı sərt sanksiyalarının yendən qüvvəyə minməsindən cəmi bir gün sonra bir qrup senator bu dəfə Rusiyaya qarşı qüvvədə olan sərt sanksiyaları daha da sərtləşdirmək üçün qanun layihəsini Konqresə təqdim edib. Virtualaz.org xəbər verir ki, qanun layihəsinin məzmunu barədə “Kommersant” yazır. Sənəddə Rusiyanın “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanınması, habelə “bütün dünya boyu” prezident Vladimir Putinin pullarının axtarılıb dondurulması çağırışları yer alır.

“Amerikanın təhlükəsizliyinin Kremlin təcavüzündən qorunması Aktı-2018” adlı layihənin müəllifləri senatorlar Lindsi Qrem, Robert Menendes, Kori Qardner və Ben Kardindir. Qəzet yazır ki, sənəd daha çox daxili siyasətə hesablanıb və Rusiyaya münasibətdə yumşaq davranmaqda günahlandırılan prezident Trampa ünvanlanıb.

Mətn Amerika prezidentinə müraciətlə başlayır. Müəlliflər Trampı Rusiyanın və ya digər xarici oyunçuların ABŞ-ın dövlət təsisatlarının fəaliyyətinə, habelə ölkədəki demokratik proseslərə müdaxiləsinin qarşısını almağa, Rusiyadan Bəşər Əsədi dəstəkləməkdən imtina etməyi və Krımı Ukraynaya qaytarmağı tələb etməyə çağırırlar.

Habelə sənəd layihəsində prezidenti “Amerikanın rəqiblərinə qarşı sanksiyalarla təsir qanunu” (CAATSA) əsasında daha effektiv hərəkət etməyə, “Kreml siyahısı”ını yeniləməyə və dünya üzrə Putinin pullarını axtarmağa çağırırlar.

Qanun layihəsi Moskvaya qarşı bütün mövcud sanksiyalara dair vahid məlumat bazasının yaradılmasına, Rusiyanın ABŞ-da hər hansı əməliyyatlarına qadağa qoymağa, sanksiyaların təsiri altında olan 7 Rusiya bankının aktivlərini dondurmağa çağırır. Senatorlar o cümlədən Rusiya təhdidlərinə qarşı mübarizə üzrə Milli mərkəzin yaradılmasını, Ağ evdə sanksiya ofisinin təşkilini, Avropa ölkələri ilə Rusiyaya qarşı sanksiyalarının koordinasiyasını təklif edirlər.

Qanun layihəsinin nə zaman müzakirəyə çıxarılacağı məlum deyil. Lakin gözlənilir ki, layihə ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsəsində müzakirəyə çıxarılacaq və dəstək qazanacaq. Çünki əm demokratlar, həm respublikaçılar Rusiya məsələsində yumşaq mövqenin seçkilərdə onların əleyhinə işləyəcəyini nəzərə alırlar.