vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
10:10 | 8 avqust 2018 | Çərşənbə Məqaləyə 2176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Demədiklərim...

l yazı

Bəşarət MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Giley-güzarı sevmirəm. Ünvansız və ümumi danışmağı da xoşlamıram. Amma elə şeylər var ki, deməyi vacib hesab edirəm. Məzuniyyət imkanı il boyu demədiklərimin bir hissəsini tam açıqlığı ilə deməyə İMKAN verir.

Xüsusən sosial şəbəkələrdə insanları rahatsız etmək, öz düşüncəsi(zliyi)ni mütləq həqiqət kimi başqalarına qəbul etdirmək cəhdi insanda ikrah hissi yaradır. Baxırsan, ömrü boyu ona-buna “məsləhət vermək”dən başqa işi olmayan, öz hesabına bircə uğura belə imza atmayan birisi ona aidiyyəti olmayan birinin səhifəsində “öz içinin qarasını” tökür. Yəni, istənilən pozitivə neqativ reaksiya, yaxşıya pis demək “xəstəliyi” bu adamların yaşam prinsipidir. Onlar bu yolla görünməyə, var olduqlarını isbatlamağa çalışırlar sanki...

Başqa sözlə desək, bu tip adamlar “bişmiş aşa su tökməyi” xoşlayırlar. Sanki Əhrimənin ardıcıllarıdır. Sərt cavab alırlar, əsassız danışdıqları, xudbinliklləri, paxıllıqları, yaramazlıqları üzlərinə deyilir, amma utanıb, qızarmaq əvəzinə “həyasız utanmazlıq” nümunəsi sərgiləyirlər. Necə deyərlər, "bir üzünə tüpürürlər, o biri üzünü çevirir"...

Bu tip adamlar sanki neqativ axtarirlar ancaq. Leşyeyən quşlar hardasa yatmış canlını da ölmüş sanib üzərində hücum uçuşu etdikləri kimi, bunlar da hər şeyi özlərinə “mənəvi və real qida” kimi qəbul edirlər. Goreşən (kaftar) adlı bir canlı var. Onun kimi başqasinin əsəbi, pis halı üzərində həyatıni quran tiplər artiq təbiətən kaftar xislətinə uyğunlaşıblar. Aləm dağilsin, hər şey pis olsun onlar o zaman sevinər. Reallıq belə deyilsə, təqdimatda pozitivdən, yaxşidan belə pis nəsə “duzəldəcəklər”. Təki “fəaliyyət göstərsinlər”, “yaşasinlar”...

Bunları niyə yazıram?! Ona görə ki, heç olmasa, yaxından-uzaqdan həndəvərimizdə olan belə tiplər bilsinlər ki, onların “nifrət makinası” olduqları, aşağılıq kompleksindən əziyyət çəkdikləri, “qarayaxma və şantaj çörəyi yedikləri” aydınca görünür. Yəni kimlikləri deyil, neqativ fonları hiss olunur və yalnız səmimi nifrət qazanırlar. Odur ki, həyatlarını şərə xidmətə həsr etməkdənsə, ən əvvəl neytral olmağı, sonra isə asta-asta xeyirxah olmağı özlərinə aşılasınlar... Bu halda həyatları da rahat olar, qəlbləri də...

İnsan olan bezməzmi ona buna sürtünməkdən, həyasızlığı ilə fəxr etməkdən?! Başınıza dəyən qapazlar bəs etmədimi, üzünüzdəki “sərinlik” sizi üşütmədimi?! Bütün əməllərinizin “Bumeranq effekti” verəcəyini unutmayın! Necə ki indi verir! Bir gün gec, bir gün tez...