vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MEDİA-QHT  
09:47 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 1890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəxtiyar Hacıyev MTRŞ-yə şikayət etdi

Televiziya efirində söyüş qəzəb yaradıb

AZTV efirində canlı yayım zamanı söyüş səsləndiyini göstərən video yayıldıqdan sonra Milli Televiziya və Radio Şurasına (MTRŞ) məktublar göndərilib.

Bir çoxları fəal Bəxtiyar Hacıyev tərəfindən yazılan məktubu MTRŞ-ın elektron poçt ünvanına göndərdiyini deyir.
Şuranın sədri Nuşirəvan Məhərrəmliyə ünvanlanan məktubda xahiş edilir ki, söyüşlər barədə "kanal rəhbərliyinə rəsmi xəbərdarlıq edilsin və bu barədə ictimaiyyətə açıqlama verilsin".
Videodan belə məlum olur ki, şənbə günü yayımlanan "Günün nəbzi" verilişində qonaqlardan biri söyüşdən istifadə edib. Telekanal hələ ki, bu barədə rəsmi mövqe bildirməyib.
Efridə söyüş işlənməsi bir çoxlarının qəzəbinə səbəb olub. "Azərbaycan gəncliyinə təhqirdir bu, təəssüf", Facebook istifadəçilərindən biri yazıb.
Lakin bəziləri bu cür məktubların əhəmiyyəti olmadığını bildirib. "Bu, xırda bir şey olacaq, üstündən keçiləcək".
"Canlı efirdə səslənən söyüşlərə görə televiziya məsuliyyət daşımır", bir istifadəçi şərh edib.