vaxtlı-vaxtında oxuyun! Cümə, 19 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9550 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2267 AZN
Türk lirəsi 1 TRY = 0.3042 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
11:32 | 8 avqust 2018 | Çərşənbə Məqaləyə 255 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbriz və Qarabağ məsələsinə şans yarana bilər

ABŞ-ın İrana qarşı sanksiyalarının Azərbaycana qazanc gətirəcək təsirləri

ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb. Təkrar sanksiyalar avqustun 7-dən etibarən qüvvəyə minir.

Sənəd İslam Respublikasına qarşı sanksiyaların bərpasını nəzərdə tutur. Fərmana əsasən, İranın dollar bazarına çıxışı dayandırılır, beynəlxalq maliyyə əməliyyatları aparması məhdudlaşdırılır, habelə qızıl, gümüş və digər qiymətli metallarla ticarət aparmasına qadağa qoyulur. Hətta İran xalçalarının ticarətinə də embarqo qoyulub. ABŞ-ın sanksiyalarının İranın metal, kömür ticarətini, proqram təminatı və avtomobil sektorunu vuracağı bildirilir.

Maraqlıdır, bütün bu  proseslər Azərbaycana necə təsir edə bilər?

İqtisadçı  Natiq Cəfərli Modern.az saytına açıqlamasında bildirib ki, Amerikanın Çin, Avropa Birliyi, Türkiyə ilə yaşanan gərginliyinin əsasında İran məsələsi dayanır.

“ABŞ-ın əsas məqsədi İranla dünyanın bütün əlaqələrini kəsməkdir, bank əməliyyatlarını blok etmək, neft-qaz satışına qadağa qoymaqdır. Trampın məqsədi bu addımlarla İranda ciddi böhran yaratmaq, daxildə etirazlar dalğasını artırmaq, nəticə olaraq da İranda rejimin dəyişməsinə nail olmaqdır.  Trampın addımları rasional deyil, aqressivdir, amma öz məntiqi var - adam öz missiyasını İsrailin bütün istəklərini yerinə yetirməkdə görür.

Çox maraqlı, amma təhlükəli vəziyyət yaranıb, ölkələrin tutumuna və gələcək ehtimal olunan davranışlarını belə  analiz etmək olar. İlk növbədə  Çin bəyan edib ki, İrana qarşı sanksiyalara qoşulmayacaq, bu ölkədən neft almağa davam edəcək - məhz buna görə Tramp Çin mallarına əlavə rüsum və vergilər tətbiq edib. Çin çox rasional ölkədir, ABŞ-a ildə 512 milyard dollarlıq mal satır. Yəni Çin gərginliyi artıracaq, sonra ABŞ-dan əlavə güzəştlər alıb, hətta rüsum və vergiləri azaldıb İrandan vaz keçəcək.

 

 

 

Rusiya öz oyununu oynayır. İran onun vecinə də deyil, sonda ABŞ-dan sanksiyaları ləğv etmək müqabilində İranı satacaq. Avropa Birliyi (AB)  ilə vəziyyət fərqlidir, Avropa ölkələri Rusiya sanksiyalarına ona görə razı oldular ki, əvəzində yeni texnologiyaya "ac" və yeni, 80 milyon əhalisi olan İran bazarında əsas oyunçu olsunlar. İran sazişini imzalayanda AB ölkələri Rusiyada itirdiklərini İranla kompensasiya etmək, əlavə İrana 400 milyard  dollarlıq mal satmaq, İranın enerji və avtomobil sənayesində əsas oyunçu olmaq istəyirlər. ABŞ-ın Avropaya basqı edib İran məsələsində onları müttəfiq etmək üçün Avropaya daha çox güzəşt etməyə məcburdur. Bu mümkün olsa da, çox çətindir”.

N.Cəfərli  qeyd edib ki, İrana qarşı müharibə olsa, bundan ən çox əziyyət çəkən ölkə Azərbaycan olacaq:

“Türkiyə İrandan ən çox neft-qaz alan, ən çox pul qazanan ölkələrdən biridir. Suriyada İran Türkiyəyə rəqib, PKK məsələsində isə müttəfiqdir. İraq da əsas oyunçulardan biri, Türkiyənin maraqlarına toxunan ölkə, amma Qərblə münasibətlərdə yaxın ölkədir. Yəni, ən ağır durumda Türkiyədir, iqtisadiyyatı zəif, daxili problemləri çoxdur. ABŞ bunu bilir və Türkiyənin zəif nöqtələrinə basaraq İran məsələsində güzəşt almaq istəyir - sonda buna nail olacaq.

Azərbaycanın durumu da yaxşı deyil, İran ən böyük qonşulardan biridir, ciddi iqtisadi əlaqələrimiz var. Amma İranın da ölkəmizə təsir rıçaqları çoxdur. İran ölkəmizdə oyun qurucu güc olmasa da, təəssüf ki, böyük dağıdıcı gücə sahibdir. İrana qarşı müharibə olsa, bundan ən çox əziyyət çəkən ölkə biz olacağıq. Yüz minlərlə qaçqın ölkəmizə gələ bilər, buna isə hazır deyilik. İrana qarşı açıq cəbhədə yer alsaq, qonşu dövlətə qarşı cəbhənin ən zəif həlqəsi olan ölkəmizə qarşı aqressiv addımlar ata bilər. Buna görə də, İran məsələsində çox ehtiyatlı və həssas davranmalıyıq, buna məcburuq. Amma bizdən asılı olmayan səbəblərdən İranda yeni bir demokratik dalğa başlasa, orada yaşayan soydaşlarımızın özlərinə ciddi muxtariyyət qazanma şansı da yaranacaq. Bunu da həmişə nəzərdə saxlamalıyıq.

Dünya, bölgəmiz yenidən dizayn edilir, indiki durumda məmləkətə vacib olan ən əsas məsələ xalqın birliyi, ədalətli cəmiyyətin bərqərar olması, doğru hədəflərin ağıl birliyi ilə qarşıya qoyulmasıdır. Hökumətin, məmurların üzərinə böyük məsuliyyət düşür, təhlükələri anlamalı, oğurluqdan, ədalətsizlikdən vaz keçməlidirlər. Qarabağ məsələsində də, Təbriz məsələsində də tarixi şans yarana bilər”.

Günay RƏSULQIZI


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *