vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
22:50 | 9 avqust 2018 | Cümə axşamı Məqaləyə 1727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə-ABŞ anlaşmadı

Ankaradan gedən heyət Vaşinqtondan ilə əliboş döndü

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ ilə Türkiyə arasında yaranan siyasi-diplomatik böhrandan sonra Ankaranın Vaşinqtona göndərdiyi 9 nəfərlik diplomatik heyət ölkəsinə əliboş dönəcək.

Türkiyə mediası bildirir ki, ABŞ-ın Xarici İşlər və Maliyyə nazirlikləri nümayəndələrinin Türkiyə heyəti ilə görüşlərində müsbət nəticə alınmayıb.

“The Wall Street Journal” (“WSJ”) qəzeti ABŞ-ın iki ilə yaxındır Türkiyədə casusluq ittihamları ilə həbsdə yatan rahib Endryu Bransonun sərbəst qalmasına dair qarşı tərəfdən müsbət rəy almadıqlarını yazıb. Görüşlərdən müsbət nəticənin əldə edilməməsi böhranı dərinləşdirə və ABŞ-ın yeni sanksiyalara əl atmasına səbəb ola bilər.

Görüşlərin nəticəsiz başa çatmasının xəbəri çıxan kimi Türkiyə Lirəsinin ABŞ dolları qarşısındakı dəyəri 5,44-ə çıxıb.

Müzakirələrə bağlı ilk və bu ana qədərki tək rəsmi açıqlama isə ABŞ-dan gəlib. ABŞ Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində verilən açıqlamada görüşlərdə bir sıra məsələlərin müzakirə edildiyi və müzakirələrin davam etdiyi bildirilib.

Qeyd edək ki, ABŞ ötən həftə sözügedən həbsdə fəal iştirak etməkdə ittiham etdiyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə maliyyə sanksiyası tətbiq etmişdi.