vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
23:02 | 9 avqust 2018 | Cümə axşamı Məqaləyə 1517 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sanksiya adlı “saatlı bomba”…

… işə düşdü

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyaya qarşı sanksiya mexanizmi yenidən işə düşdü. Dünən ABŞ Senatına təqdim olunmuş sanksiya qanununun mətninin yayılması Rusiya maliyyə bazarlarında çaxnaşma yaratmışdı. Proses bu gün də davam edir. Bu dəfə səbəb həmin qanun layihəsi deyil, ABŞ hökuməti tərəfindən “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı ikimərhələli sanksiya planının elan olunmasıdır. Xəbər dünən axşam yayıldı, bu gün birjalar açıldıqdan sonra Rusiya şirkətlərinin səhmlərində növbəti ucuzlaşma başladı. “Aeroflot”un səhmləri 12 faizdən çox, “Sberbank”ın səhmləri 6 faiz civarında, VTB-nin səhmləri 7 faizdən çox ucuzlaşdı, rubl da düşməyə davam etdi.

Avqustun 22-dən etibarən ABŞ Rusiyaya milli təhlükəsizlik sahəsi ilə bağlı olan elektron qurğuların və onların komponentlərinin, o cümlədən aviasiya sahəsində istifadə olunan cihazların ixracını tam dayandıracaq. Bu, kimyəvi və bioloji silahlar üzərində nəzarət və onların tətbiqinin qadağan olunması haqqında 1991-ci il tarixli qanuna əsasən edilir. ABŞ şərt qoyur ki, Rusiya bu tip silahlardan bir daha istifadə etməyəcəyinə dair 3 ay ərzində təminat verməli və öz ərazisinə beynəlxalq müfəttişlərin buraxılmasına razılaşmalıdır. Əks təqdirdə, sanksiyaların ikinci, daha ağır mərhələsi başlayacaq. Rusiya ilə diplomatik əlaqələrin səviyyəsi aşağı salınacaq (səfir geri çağırılacaq), “Aeroflot”un və Rusiya hökumətinin nəzarətindəki digər aviaşirkətlərin ABŞ-a uçuşları dayandırılacaq, qida məhsulları istisna olmaqla, ABŞ-dan Rusiyaya ixracat tam dayandırılacaq və bu ölkədən ABŞ-a idxal (o cümlədən neft və neft məhsulları) qadağan ediləcək, Rusiyaya beynəlxalq maliyyə qurumlarından yardım və kreditlərin ayrılması əngəllənəcək.

Yuxarıda qeyd olunan qanun indiyədək yalnız iki ölkəyə qarşı tətbiq edilib: 2013-cü ildə Suriyaya və 2018-ci ildə Şimali Koreyaya qarşı. Rusiya faktiki, bu ölkələr və İranla eyni kateqoriyaya aid edilir və onun qarşısında kimyəvi silahlarının saxlanıldığı hərbi obyektlərini beynəlxalq müfəttişlərə açmaq tələbi qoyulur. Aydındır ki, Moskva alçaldıcı görünən şərtləri yerinə yetirməyəcək, bunu şərt qoyanlar da bilməmiş deyil.

Belə görünür ki, Putin geri addım atmasa, onun qarşıdakı 5,5 illik səlahiyyət müddətində sanksiyalar ağırlaşmaqda davam edəcək, nəticədə Rusiya iqtisadiyyatı komaya düşəcək.

P.S.: Böyük ehtimalla ABŞ-ın sanksiyalarına Britaniya da qoşulacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)