vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9673 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2346 AZN
Türk lirəsi 1 TRY = 0.2937 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:23 | 10 avqust 2018 | Cümə Məqaləyə 273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin kürəkəninə vacib məsuliyyət

Səməd Qurbanov Rusiya ilə münasibətlərə cavabdeh olacaq

Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti Ümumi Yığıncağı keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə İşgüzar Şuranın fəaliyyətinə dair bir sıra təşkilati məsələlər müzakirə edilib, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib və Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib.

İclasda Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyi, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu, qarşılıqlı investisiya qoyuluşlarının və birgə layihələrin həyata keçirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk sıradadır və ölkəmizin xaricdə ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bununla belə mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdirilir.

Tədbirdə həmçinin, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, ticarət əlaqələrinin daha da dərinləşdirilməsinə, qarşılıqlı investisiya qoyuluşlarına, işgüzar dairələr arasında mövcud əlaqələrin inkişafına və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə yaradılıb. İşgüzar Şuranın yaradılmasında əsas məqsəd Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının sonuncu geniştərkibli iclası 2017-ci ilin dekabrında təşkil olunub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *