vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
19:50 | 10 avqust 2018 | Cümə Məqaləyə 1220 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çinlilərin bundan qətiyyən xoşu gəlmir”

Rusiya baş naziri Dmitriy Medvedyev: “Amerikalı dostlarımız səhv etməməlidir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Kamçatka bölgəsinə səfəri zamanı açıqlamalar verən Rusiyanın Baş naziri Dmitriy Medvedev, ABŞ-ın sanksiyalarına dair də danışıb.

“İqtisadi müharibənin elan edilməsi qəbul ediləcəyik”

 

Rusiya baş naziri “Bank əməliyyatları və ya hər hansı bir valyutanın istifadəsinə dair bir qadağa və ya oxşar şey tətbiq edilsə, bunu iqtisadi müharibə elan edilmiş sayacağıq və lazımınca cavab verəcəyik. Lazım gələrsə, iqtisadi, siyasi və ya başqa bir şəkildə qarşılığını verəcəyik. Amerikalı dostlarımız bu məsələdə səhv etməməlidir”, deyib.

Dmitriy Medvedyev, Rusiyanın iqtisadi məhdudiyyətlərin öhdəsindən gəlməyi bacardığını və təzyiqlərə heç vaxt  boyun əymədiyini  söyləyib.

Baş nazir “Ölkəmiz son yüz ildir daim sanksiyalarla tətbiq edilən təzyiqlərə məruz qalır. ABŞ və müttəfiqləri qlobal rəqabətin qarşısını kəsir. Heç bir şey dəyişməyib” deyib.

Medvedev, ABŞ-ın eyni zamanda Çinə də vergilər tətbiq etdiyinə diqqət çəkərək “Çinlilərin bundan qətiyyən xoşu gəlmir. Kimsənin də xoşu gəlməz. Məqsədimiz bütün bu tədbirlərə qarşı çıxmaqdır” deyib.

Ötən gün ABŞ, keçmiş Rus agent Sergey Skripal və qızının zəhərlənməsi hadisəsini bəhanə edərək Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Sanksiyaların 22 Avqustda qüvvəyə minəcəyi bildirilib.