vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
10:05 | 11 avqust 2018 | Şənbə Məqaləyə 296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəffaf və nəzakətli DOST

Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılacaq DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verəcək. DOST mərkəzlərində xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunacaq.

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması vasitəsilə dövlət xidmətlərinin geniş bir spektrinin-əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Fərmana əsasən, yaradılacaq DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin, agentliyin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin “DOST” mərkəzlərində göstərilmə qaydasının layihəsinin, DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının təmin edilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub.

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətinin növbəti uğurlu davamıdır. Həmçinin ölkədə aparılan sosial siyasətin icrasına, sosial məsələlərin həllinə, xüsusi qayğıya ehtiyac duyan insanların sosial müdafiə və reabilitasiya xidmətləri ilə təminatına, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin müasir innovasiyaların tətbiqi şəraitində tam şəffaf müstəvidə və sosial cəhətdən həssas əhali qruplarına əlçatan səviyyədə qurulmasına daha bir töhfəsidir.

Qeyd edək ki, ƏƏSMN pensiya, müavinət və digər sosial təminat növləri, əlillik, əmək və məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlər üzrə 100-dən artıq istiqamətdə ildə orta hesabla 5 milyon şəxsə xidmət göstərir. Nazirliyin xidmət sahələri üzrə ildə təxminən 8 milyon elektron müraciət qeydə alınır, 1,1 milyon məktub dövriyyəsi həyata keçirilir, 160 min telefon zəngi (müraciət) cavablandırılır.

DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstəriləcək. Bu xidmətlər bir mərkəzdə (bir binada), bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq.

Müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq qurumlardan və eləcə də ƏƏSMN-nin bölmələrindən elektron qaydada əldə ediləcək və emal olunacaq. Hesabatlılıq və şəffaflıq təmin ediləcək. Vətəndaşların müvafiq məlumatlara çıxış imkanı artırılacaq. Çevik hesabat vermə və şikayət, monitorinq və qiymətləndirmə mexanizmləri vasitəsilə şəffaflığı və prosesi izləmə imkanlarını təşviq ediləcək.

Əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə inzibati proseslərin və prosedurların sadələşdirilməsinə, göstərilən xidmətlər üzrə vəzifələrin inzibati bölgüsü yenidən təşkil edilməklə, vətəndaşlara xidmət müddətinin və xərclərinin azaldılmasına nail olunacaq. Xidmətlər modernləşdiriləcək, sənəd dövriyyəsinin təkmilləşdirilməsi, prosedurların surətləndirilməsi və bununla səmərəliliyinin artırılması təmin ediləcək.

Mərkəzlərə vətəndaş axını idarə olunacaq, hər bir müraciət edən qarşılanaraq dinləniləcək və üz tutduğu xidmətlərdən sadə prosedurlarla istifadə imkanı əldə edəcək. İnzibatçılığın səmərəli təşkili təmin olunacaq. DOST mərkəzləri yalnız əyani şəkildə müraciət edənlərlə işləməyəcək, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsini də təmin edəcək.

Beləliklə, DOST mərkəzləri bir pəncərədən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün-əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və digərlərinin DOST-u olduğunu qısa zamanda təsdiq edərək ümumən ictimai məmnunluğun ünvanı olacaq.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə DOST Agentliyinin fəaliyyətinin təşkili və DOST mərkəzlərinin yaradılması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq ƏƏSMN-ə 2 (iki) milyon manat ayrılıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *