vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ENERGETİKA  
11:14 | 11 avqust 2018 | Şənbə Məqaləyə 285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan neftinə yeni marşrut

“Sarmatia” kəməri qara qılımızın Avropaya tədarükü üçün əlverişlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Avrasiya neft-nəqliyyat dəhlizi Azərbaycan neftinin Avropaya tədarükü üçün ən rəqabətqabiliyyətli marşrutlardandır. Vaxt.az bildirir ki, bunu “Trend”ə “Sarmatia” Beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka deyib.

Onun sözlərinə görə, Avrasiya neft-nəqliyyat dəhlizinin hələlik çatışmayan yeganə hissəsi Brodı-Plotsk neft kəməridir: “Bu layihə reallaşdırıldıqdan sonra Xəzər ölkələri neftin Avropa ölkələrinə tədarükü üçün yeni etibarlı marşrut əldə edəcəklər. Bu il biz layihənin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirmişik. Əsaslandırmanın nəticələri onu göstərib ki, Avropada Xəzər regionundan Azərbaycan neftinin tədarükünə maraq mövcuddur. Layihəmiz tərəfindən təklif olunan marşrut digər mövcud marşrutlara münasibətdə rəqabətqabiliyyətlidir”.

S.Skripka vurğulayıb ki, texniki-iqtisadi əsaslandırılma çərçivəsində layihənin özünün parametrlərinin optimallaşdırılması həyata keçirilib. Nəticədə nəqlolunmanın planlaşdırılmış gücü bir qədər azaldılıb. Boru kəmərinin ilkin keçirmə gücü ildə 30 milyon ton nəzərdə tutulsa da, daha sonra bu rəqəm 20 milyon tona salınıb.

Qeyd edək ki, Avrasiya neft-nəqliyyat dəhlizinin uzunluğu 377 kilometr təşkil edəcək. Onun 120 kilometri Ukrayna, 257 kilometri Polşa ərazisindən keçəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *