vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
11:18 | 11 avqust 2018 | Şənbə Məqaləyə 5154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu

Yol polisi reyd keçirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən “Təmiz hava” aylığı çərçivəsində Lənkəran şəhərində nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Astarada rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-nin əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Bununla yanaşı dəfələrlə maarifləndirici işlər, qanunamüvafiq digər tədbirlər görülməsinə baxmayaraq reyd zamanı sərxoş halda avtomobil idarə edərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb.

Eyni zamanda sürücülük hüququ olmadan avtomobil idarə edən, avtomaşınlarda ciddi konstruksiya dəyişikliyi edən və digər kobud qayda pozuntularına yol verən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.

Dövlət Yol Polisi və ETSN-nin birgə təşkilatçılığı ilə keçirilən “Təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.