vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
11:26 | 11 avqust 2018 | Şənbə Məqaləyə 1986 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni sənədlər yeni layihələrdir

Hafiz Paşayev: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir. Vaxt.az “Trend”ə istinadən bildirir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanda səfərdə olan Tacikistan Prezidenti Emoməli Rahmonun işitirakı ilə universitetdə keçirilən “Global Perspective Lecture Series” adlı mühazirələr çərçivəsində çıxışı zamanı deyib.

Rektor bildirib: “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk”.

H.Paşayev qeyd edib ki, Tacikistan və Azərbaycan inkişaf edən biznes münasibətləri və humanitar əlaqələri olan dost ölkələrdir. O əlavə edib ki, bu məsələdə ADA Universiteti də öz böyük töhfəsini verib:

Rektor vurğulayıb: “ADA və Tacikistan XİN arasında əməkdaşlıq barədə memorandum imzalanıb və artıq Tacikistandan ilk tələbə universitetdən təqaüd alıb. Ümid edirik ki, dünən imzalanan sənədlər nəqliyyat və iqtisadiyyat sahələrində yeni layihələrin icrasına gətirib çıxaracaq”.