vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
12:07 | 11 avqust 2018 | Şənbə Məqaləyə 1739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyanın qəribə sıralaması

Həsən Ruhani, Donald Tramp və ardınca Bako Saakyandan Rusiya açıqlaması

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Nikol Paşinyan baş nazir seçiləndə çıxışında Rusiyadan çox İranın adını çəkmiş, bu dövlətlə əlaqələrin inkişafı zərurətini vurğulamışdı. Ona görə də Paşinyanın İrana səfəri gündəmə gəlib. Sadəcə, Paşinyan vaxtı uyğunsuz seçib. Birincisi, Paşinyan sentyabrda Nyu-Yorkda BMT sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşmək istəyir. Trampla görüşdən əvvəl Paşinyanın Ağ Evin əsas düşmənlərindən biri olan İrana səfəri Vaşinqtonda suallar doğuracaq. İkincisi, İran iqtisadiyyatı ağır günlər yaşayır, rial sürətlə dəyərdən düşür, inflyasiya və işsizlik artır. Yəni Tehran istəsə belə Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirə bilməyəcək, keçmişdə vəd etdiyi layihələri maliyyələşdirə bilməyəcək. Paşinyanın İrana səfəri daha çox Tehrana lazımdır ki, təcriddə olmadığını nümayiş etdirə bilsin. Ancaq Ermənistan o ölkə deyil ki, kiməsə nəsə sübut etmək mümkün olsun.


***

 

Ermənistanın baş naziri “Rusiya bizim siyasətimizə uyğunlaşmalıdır” dedikdən bir gün sonra Qarabağ separatçılarının lideri Bako Saakyan Nikol Paşinyana bu şəkildə cavab verdi: “Rus-erməni münasibətlərinin tarixi kökləri mövcuddur, bunu daha da dərinləşdirmək lazımdır”. Yəni Bako Saakyan demək istəyib ki, Nikol Paşinyan tarixdən gələn ənənəni dəyişə bilməz, dəyişmək istəsə qarşısında Qarabağ ermənilərini görəcək.

Rusiyanın ermənipərəst qüvvələri Paşinyanın xarici siyasətindən narazıdırlar. Ona görə də bu qüvvələr birbaşa Qarabağa separatçıları ilə təmasları genişləndirməyə qərar veriblər. Məsələn Rusiyanın ermənipərəst “Regnum” saytının ermənipərəst baş redaktoru Modest Kolerov Qarabağ separatçılarının liderindən müsahibə alaraq suallarını rus-erməni birliyi ətrafında formalaşıb. Bako Saakyan da müsahibə boyunca Rusiyanın böyük və tarixi rolundan danışıb. Bununla Rusiyadakı mərkəzlər Bako Saakyanın dili ilə Paşinyana mesaj yollayıblar ki, “bizim əleyhimizə gedərsənsə Qarabağ separatçıları İrəvanın deyil birbaşa Moskvanın təlimatı ilə idarə olunacaq, ta o vaxta kimi Ermənistan hakimiyyətində yenidən ruspərəst otursun”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)