vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
16:16 | 11 avqust 2018 | Şənbə Məqaləyə 1755 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə valyuta böhranı

Baxçalı partiyanın dollarlarını lirəyə çevirmək təlimatı verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə ABŞ dollarının məzənnəsinin sürətlə artaraq lirənin bir gündə 16 faizdən çox dəyər itirdiyi bir vaxtda siyasətçilər yaranmış vəziyyətdən çıxış yolları axtarırlar.

Türkiyə mediası xəbər verir ki, müxalifət partiyaları da hökumətlə eyni mövqedədir və lirənin dəyərdən düşməsinin iqtisadi səbəblərlə deyil, ABŞ-ın qəsd planı ilə bağlı olduğuna inanırlar. AKP illə müttəfiq olan MHP isə vəziyyətdən orijinal çıxış yolu tapıb. Partiyanın lideri Dövlət Baxçalı MHP-yə dövlət büdcəsindən ayılan illik yardımlardan dollarla saxlanılanı varsa onu lirəyə çevirmək təlimatı verib.

Bundan əvvəl Baxçalı “ABŞ-ın qəsd planına qarşı birləşmək” çağırışı etmişdi. Bildirilir ki, Baxçalı partiyanın maliyyə işləri üzrə səlahiyyətlisi Mövlut Karakayaya partiyanın dollarlarını gələn həftənin bazar ertəsindən etibarən lirəyə çevirmək təlimatı verib.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoan ötən gün əhalini yastıq altındakı dollarları lirəyə dəyişməyə çağırmışdı. Prezident bildirib ki, “dollar, mollar onları dayandıra bilməz” və Türkiyə bu situasiyadan da qalib çıxacaq.