vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
16:28 | 11 avqust 2018 | Şənbə Məqaləyə 1673 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müdaxilə mümkün deyil”

“Azərişıq”dan elektrik borcunun çox gəlməsi ilə bağlı şayiələrə reaksiya

Son günlər sosial şəbəkələrdə elektrik enerjisi üzrə borcun çox gəlməsi ilə bağlı iddialar kütləvi hal alıb. Abonentlər elə düşünür ki, “Azərişıq” elektrik haqlarını düzgün hesablamır.

Buna səbəb isə evlərə göndərilən qəbzlərdə aylıq elektrik sərfiyyatı əvvəlki aylara nisbətdə daha çoxdur.

Vaxt.az xəbər verir ki, məsələ ilə bağlı Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” ASC-nin Təlim Tədris mərkəzində media nümayəndələrinin iştirakı ilə tədbir keçirib.

Tədbirdə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz, iqtisadçı ekspert İlham Şaban və “Azərişıq”ASC-nin rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə AES.net proqramı ilə narazı abonentlərin sayğac kodu yoxlanılaraq, onlara detallı qaydada izah olunub. Həmçinin abonentlərə tədbirə canlı qoşularaq, problemlərini səsləndirmək imkanı yaradılıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədxanov problemə aydınlıq gətirib: “Bu gün smart və elektron sayğaclar bir sistemlidir və heç bir kənar müdaxilə mümkün deyil. Onların hər hansı funksiyası varsa, bu o sayğacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin. Fiziki müdaxilə isə abonentlərin sayğaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratoriyaya gətirib və yoxlayırıq. Nəticələr isə ictimaiyyətə açıq şəkildə paylaşılır. Abonentlərə tövsiyə edirik bir saat ərzində istehlak etdiyi enerjini sayğac göstəriciləri ilə yoxlasınlar. Bir saatdan sonra sayğacın göstəricilərinin hansı tempdə dəyişdiyini yoxlasınlar. Bu elə də çətin deyil”.