vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TÜRK DÜNYASI  
18:25 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2887 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Anar başqan seçildi

Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyi yaradıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib. Modern.az xəbər verir ki, bu barədə qərar Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin dünənki toplantısında qəbul olunub.

Konqresin açılış mərasimində çıxış edən TÜRKSOY sədri Düsen Kaseinov Türk Şurasına üzv ölkələrin Yazarlar birlikləri arasında işbirliyinin genişlənməsi zəruriliyini bildirib, qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2012-ci ilin avqustunda Bişkekdə keçirilən zirvə toplantısında mənəvi dünyamızın zənginləşdirilməsindən ötrü Yazarlar birlikləri arasında TÜRKSOY nəzdində ortaq bir qurumun yaradılmasına qərar verilmişdi. Sonra tədbirdə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin yaradılması barədə müzakirələr aparılıb və təsis protokolu imzalanıb. Azərbaycanın Xalq yazıçısı Anar qurumun ilk başqanı seçilib.

Qeyd edək ki, Konqresdə həmçinin Xalq yazıçısı Anara Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü də təqdim olunub.