vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MƏHKƏMƏ, İSTİNTAQ  
12:21 | 13 avqust 2018 | Bazar ertəsi Məqaləyə 5514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlqar Məmmədov azadlığa çıxır

Şəki Apellyasiya məhkəməsi hakiminin qərarı ilə REAL sədri ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Şəki Apellyasiya məhkəməsi REAL sədri İlqar Məmmədovun cəzasının çəkilməmiş qalan hissəsini şərti cəza ilə azad edərək onun azadlığa buraxılması haqda qərar çıxarıb.

Lakin İ.Məmmədovu hələ azadlıqda görən olmayıb. Vəkili Fuad Ağayev bildirib ki, İ.Məmmədov əslində məhkəmə zalından azadlığa buraxılmalı idi, lakin fərqli prosedur tətbiq edilib. REAL sədri məhkəmədən kanvoy nəzarətində aparılıb və çox güman ki, onun azadlığa buraxılması axşam saatlarında Bakıda saxlanıldığı 2 saylı islah-əmək müəssisəsindən baş verəcək.


***


Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov azadlığa buraxılıb.

Bu barədə vəkil Fuad Ağayev məlumat verib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunmuşdu. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.