vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
16:10 | 15 avqust 2018 | Çərşənbə Məqaləyə 1627 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Özünüzü güldürmək üçün …”

Milli Məclisin deputatı Azərbaycanda Ərdoğana qarşı çıxanları tənqid etdi

“Türkiyədə baş verən son iqtisadi çalxalanmalar fonunda Azərbaycandan durub cumhurbaşqanı Ərdoğanı hədəfə alanların məntiqini anlamaq mümkün deyil. ABŞ-la daha necə davranmaq olar, ilk öncə bu sualı doğru-dürüst cavablandırmaq lazımdır”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki,  öncə özümüzü Türkiyənin və Ərdoğanın yerinə qoymaq lazımdır:

“ABŞ Azərbaycandan indiyədək nə istəyib? Özünüzü güldürmək üçün deməyin ki, demokratiya istəyib!!! İstədiyi öncə Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil verməkdir. Bunun üçün də illərdir, həm separatçı rejimə böyük pullar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur. Üstəlik də istədiyi neftdir, puldur, tabeçilikdir! Eyni şeyi təbii ki, bizə qarşı Rusiya da edir. Ancaq böyük dövlətlərlə davranış qaydalarına ciddi əməl etməklə yanaşı, sonda bizim də bir qırmızı cizgimiz var. Hansısa məqamda öz dövlət şəxsiyyətimizi qorumaq üçün hansısa təhdidlər olduğunda dirəniş göstərməyə hazır olmamalıyıqmı? İndi Türkiyədə ABŞ-ın əsas götürdüyü bir rahib bəhanəsini kənara qoyaq. Adamlar Türkiyədə legitim hakimiyyəti devirmək istəyən qüvvələri, PKK və FETÖ terrorçularını açıqca dəstəkləyir, Suriyada və İraqda Türkiyənin maraqlarını çeynəyir, müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermir, sonda da özünün savaşdığı qüvvələrlə Türkiyənin də əsassız olaraq savaşmasını istəyir.

Baxın, Türkiyənin təbii qaz ehtiyatının 17 faizini İran təmin edir, ABŞ da bildirib ki, kim İranla ticarət etsə, mənimlə dost olmayacaq, itkilərin də kompensasiyasını ödəməyəcəyəm, o halda Türkiyə qazsızmı qalmalıdır? Yenə neft üçün alternativlər mövcuddur, qaz məsələsi isə birbaşa iqtisadiyyatın təməlini sarsıda bilər. İndi bu rahib məsələsi olmasaydı, İranla ticarət anlaşmasına sadiq qaldığına görə eyni gömrük dezavantajını ABŞ Türkiyəyə tətbiq etməyəcəkmiydi? Az qala Türkiyənin böyür-başında Bərzaniyə dövlət qurdurmaq istəyən ABŞ deyildimi? Həm də unutmayaq ki, ABŞ faktik olaraq böyründəki Kanadadan, Meksikadan, Venesueladan, bizlərə yaxın Rusiyadan, İrandan, Çindən və ən əsası da Avropa Birliyindən də kobud şəkildə tabeçilik tələb edir, şəxsiyyətinə, maraqlarına hörmətsizlik göstərilən yalnız Türkiyə deyil ki?.. Bu dövlətlər də terrorçularla işbirliyi içində olan rahibi ev həbsində saxlamırlar ki?!.. “.

Deputat qeyd edib ki, siyasətdəki davranışlarda, deyimlərdə, üslublarda yanlışlar ola bilsə də, bu məsələdə Türkiyənin dirənişi və Ərdoğanın cəmiyyəti açıq şəkildə bu dirənişə səfərbər etməsi doğru addımdır:

“Bu cür çalxalanmalar cəmiyyətin dinamizmini bir çox hallarda gücləndirməklə yanaşı, boşluqların və natamamlıqların da daha ciddi idrak olunmasına imkan yaradır. Azərbaycan da həm dövlət olaraq, həm də cəmiyyət olaraq Türkiyə üçün məhz bu məqamda gücü yetən fədakarlığı etməlidir”.

Günay RƏSULQIZI