vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
18:50 | 15 avqust 2018 | Çərşənbə Məqaləyə 1803 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən səhv etdim”

Xameneyi iki prezidenti xəbərdar etdi!

Elxan ŞAHİNOĞLU

İranın ali dini lideri Əli Xameneyi avqustun 13-də bir qrup tərəfdarı qarşısında çıxış edib. O, çıxışının əsas hissəsini Qərblə İran arasındakı nüvə sazişinə və Amerika ilə münasibətlərə həsr edib.

Əli Xameneyinin çıxışındakı əsas tezislər bunlardır:

- “Nüvə danışıqları kökündən yanlış addım idi. Mən nüvə danışıqları məsələsində səhv etdim. Mən, sadəcə olaraq, bəzi cənabların israrı ilə müzakirələr aparılmasına icazə verdim ki, və dedim ki, qoy bunu da təcrübə etsinlər. Lakin cənablar, danışıqlar zamanı nəzərdə tutulmuş müəyyən çərçivəyə riayət etməyərək təyin olunan qırmızı xətti də keçdilər”.

- “Hesab edirəm ki, biz Amerika ilə təhlükəli danışıqlar oyununa yalnız o zaman girə bilərik ki, hər baxımdan, o cümlədən də iqtisadi, siyasi və mədəni baxımdan güclü olaq. Elə bir gücümüz olmalıdır ki, onun təzyiq və şantajları bizə təsir edə bilməsin. Lakin hazırkı durumda hesab edirəm ki, Amerika ilə müzakirələr aparılması bizim ziyanımızadır. Bu, yolverilməzdir”.

- “Məhz həmin səbəbə görədir ki, vaxtilə İmam Xomeyni Amerika ilə müzakirələr aparılmasına qadağa qoydu. Mən də hazırkı vəziyyətdə Vaşinqtonla hər hansı bir danışıqlar aparılmasını qadağan edirəm. Bundan başqa, hətta əgər biz Amerika ilə müzakirələr aparılmasına qərar versəydik belə, onun indiki hökuməti ilə heç vaxt danışıqlar aparılmasına razı olmazdıq”.

Əli Xameneyinin bu çıxışının konkret iki ünvanı var. Birinci ünvan ABŞ prezidenti Donald Trampdır. Ağ Ev sahibi iyulun 30-da İtaliyanın baş naziri ilə görüşərkən jurnalistlərdən birinin sualı üzərinə İrana qarşı tətbiq etdiyi sanksiyalara rəğmən, iranlı həmkarı Həsən Ruhanu ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirdi. İndi Ruhanidən də böyük Xameneyi Trampa cavab verir ki, belə bir görüşə icazə verməyəcək.

Xameneyi “vaxtilə danışıqlara razı olmaqla səhv etdim” deməklə İran prezidenti Həsən Ruhaniyə də demək istəyir ki, “bir dəfə Sənin səhvin ucbatından Amerika ilə danışıqlara və razılaşmaya icazə verdim, bu dəfə verməyəcəm, özü də bu dəfə qarşımızda Barak Obama yox davakar Donald Trampdır”.

Onsuz da indiki şərtlər daxilində Həsən Ruhaninin amerikalı həmkarı ilə görüşməsi mümkün deyil. Sadəcə, Xameneyi gələcəkdə şərtlərin uyğun olması halında belə Ruhaninin mümkün görüş üçün ondan icazə alması gərəkliyinə işarə vurur. Dini lider xalqa və prezidentə mesaj verir ki, evin sahibi mənəm.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)