vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
21:00 | 15 avqust 2018 | Çərşənbə Məqaləyə 1560 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yüzü dünyanı dağıtmağa kifayətdir

Nüvə müharibəsi başlaya bilər, təsadüfən...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya, ABŞ və ya Çin təsadüfən dünya nüvə müharibəsini başlada bilər. Virtualaz.org xəbər verir ki, bu barədə “The National İnterest” jurnalı yazır. Təsadüfi nüvə müharibəsi təhlükəsinin səbəbi müşahidə və kəşfiyyat sistemlərinin işinin spesifikası, habelə müxtəlif tipli silahların yerləşdirilməsinin xüsusiyyətləri ilə bağlıdır.

Nəşr bildirir ki, əvvəllər dünya nəhənglərinin kəşfiyyat və müşahidə sistemləri təkcə nüvə başlıqlı ballistik raketlərin buraxılmasını izləmək üçün tətbiq edilirdi. Hazırda isə bu sistemlər həm də qeyri-nüvə başlıqlı raketlərin buraxılışını izləyir. Beləliklə bu sistemlər təsadüfən nüvə və qeyri-nüvə silahını qarışdıra, nəticədə nüvə nəhənglərindən hansısa birinin digərinə nüvə zərbəsi endirməsinə gətirib çıxara bilər.

Bundan əlavə dünyanın nüvə nəhəngləri arasında müharibənin təsadüfən başlamasının mümkün səbəblərindən biri ixtisaslaşmış hərbi müşahidə peyklərinin çatışmamazlığı, habelə köhnəlmiş müşahidə sistemlərinin silahlanmadan çıxarılması ola bilərdi. Məsələn, hazırda ABŞ-da həm nüvə, həm qeyri-nüvə raketlərinin buraxılışını izləmək üçün cəmi dörd peyk (Advanced Extremely High Frequency -AEHF) hazırlanır. Bu da indiki situasiyada çox azdır. Üstəlik Amerikanın peyk rabitə sistemi “Milstar” tezliklə silahlanmadan çıxarılacaq, çünki köhnəlib.

“National İnterest” hesab edir ki, bu problemin həlli üçün nüvə və qeyri-nüvə silahlarını ayırmaq, ya da ancaq nüvə başlıqlarını izləyən xüsusi peyklər yaratmaq lazımdır. Lakin həmin ölkələrin rəhbərliyi böyük xərclərə görə çətin ki, buna gedərdilər.

Bu günlərdə Miçiqan və Tennesi ştatlarının əməkdaşları araşdırmışdılar ki, Yer kürəsində bütün insanlığı məhv etmək üçün 100 atom başlığı kifayət edir. Ona görə də nüvə dövlətlərinin öz arsenalını artırması mənasızdr. Lakin dünya nüvə arsenalının 90 faizinə malik olan Rusiya və ABŞ çoxdan 100 nüvə başlığı limitini keçiblər, onlar 14 min nüvə başlığına malikdirlər.