vaxtlı-vaxtında oxuyun! Cümə, 21 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:17 | 16 avqust 2018 | Cümə axşamı Məqaləyə 331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan KTMT-yə üzv olmalıdirmı?

Yaxud Xəzər konvesnisyasının imzalanmasından az sonra Şoyqu kimə və ya kimlərə mesaj verdi?

Elxan ŞAHİNOĞLU

Azərbaycan parlamentinin üzvü və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli haqqin.az saytına müsahibəsində deyib ki, Azərbaycan və Rusiya əməkdaşlığın bir sıra iqtiqamətlərində faktiki strateji müttəfiqə çevriliblər. Əli Hüseynli onu da əlavə edib ki, Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü də ola bilər. Millət vəkili ona sual verən jurnalistin o fikri ilə də razı deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycanın suverenliyə və müstəqilliyinə təhlükə yarada bilər.

Beləliklə, millət vəkilinin sözlərindən çıxan nəticə budur ki, Rusiya Azərbaycanla bir-birinə o qədər yaxındırlar ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünə heç bir faktor mane olmur. Əli Hüseynli misal kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Tacikistanı, Qazaxıstanı və Belarusu göstərir. Yəni millət vəkilinin sözlərinə görə, bu dövlətlərin təşkilata üzvlükləri onların müstəqillliklərinə zərrə qədər də təsir etməyib.

Bilmirəm, bu Əli Hüseynlinin şəxsi fikirləridir, yoxsa hansısa qrupun Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü ilə bağlı nəbz yoxlamasıdır, ancaq hazırki şərtlər altında təşkilata üzvlük mənafelərimizə xidmət etmir. Əli Hüseynlinin qeyd etdiyi “geosiyasi şərtlər” hələ reallığa çevrilməyib.

Bəli, Ermənistanın yeni hakimiyyətinin siyasəti Rusiyada narahatlıq yaradır. Ancaq bu bizə eyforiyaya qapılmaq və “Rusiya-Ermənistan münasibətləri pozulur, bundan öz məqsədlərimiz üçün istifadə edək” kimi tələsik qərarlar qəbul etməyə üçün əsas vermir. Rusiya sabah asanlıqla Ermənistanda narazı qaldığı baş nazir Nikol Paşinyanı öz tərəfdarı ilə əvəz edə bilər. Moskva bunu əvvəllər də Ermənistanda edib, indi də bunu etmək üçün bu ölkədə kifayət qədər resursu var.

Birincisi, işğalçı (Ermənistan) dövlətlə işğala məruz qalan (Azərbaycan) dövlət eyni hərbi təşkilatda necə fəaliyyət göstərə bilərlər? NATO-da belə hal mümkün deyil. İkincisi, Rusiyanın Ermənistanda hərbi bazaları var və bu ölkəyə silah almaq üçün kreditlər verir. Azərbaycan bunu normal qəbul edərəkmi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istəyir? Yoxsa biz elə düşünürük ki, təşkilata üzv olsaq Rusiyanın Ermənistanı silahlandırmasının qarşısını alacağıq? Üçüncüsü, təminat varmı ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli sürətləndirmək məqsədilə Ermənistana təsir edəcək? Dördüncüsü, Əli Hüseynlinin müstəqlliklərini itirməyən Tacikistan, Belarus və Qazaxıstan misalları isə Azərbaycan üçün nümunə ola bilməz. Çünki, Azərbaycandan fərqli olaraq bu 3 dövlətin NATO ilə əməkdaşlığı yoxdur, Azərbaycan kimi balanslaşdırılmış xarici siyasət yürütmürlər. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaq. Bunu bizdən Moskva tələb edəcək, haqlı da olacaq, bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmış xarici siyasət yürütməməlidir. Deyəsən 200 illik Rusiya əsarəti bizə yaxşı dərs olmayıb. Son misal da Rusiyanın tərəfdaşları ilə hansı siyasətə üstünlük verdiyindən xəbər verir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiyanın imzalandıqdan dərhal sonra Dağıstanda xüsusi müşavirə keçirdi. Şoyqu Dağıstanda Xəzərdə yeni hərbi bazanın yaradılması işlərini müzakirə edib, Dağıstanın Kaspiysk şəhərində müasir hərbi dəniz bazasının tikilməli olduğunu tapşırdı. Hazırda bazanın tikintisinə hazırlıq gedir. İnfrasturktur qurulur. Sergey Şoyqunun sözlərinə görə, Kaspiysdəki hərbi bazada hərbi qulluqçuların sayı çox olacaq. Bundan başqa Mahaçqala şəhərinin limanında hər obyektlər tikilir.

Sual olunur: Rusiyanın müdafiə nazirinin Xəzərin statusu müəyyənləşəndən sonra dərhal sonra Dağıstana gedib hərbi liman tikintisinin sürətləndirilməsi barədə açıqlama verməsi nəyə lazım idi? Bu kimə və ya kimlərə mesajdır? Axı Aktauda imzalanan Konvensiyada da bildirilib ki, sahil ölkələri Xəzər aid olmayan ölkələrin hərbi hövzədə hərbi iştirakına imkan verməyəcəklər. Yəni Rusiyanın narahatlığına əsas qalmayıb. Belə isə Rusiyanın Xəzərdə gücləndirdiyi hərbi dəniz donanmaları hansı dövlətə qarşıdır? Axı Rusiya İranı, Azərbaycanı, Türkmənistanı və Qazaxıstanı özünə dost və tərəfdaş dövlətlər adlandırır.

Görünür, mövcud vəziyyət yenə Rusiyanı qane etmir. Əks halda Rusiya Xəzər donanmasının gücləndirilməsi üçün əlavə 18 yeni həbri gəmi göndərməzdi. Deməli, Rusiya tərəfdaşlarına da inanmır və Xəzər hövzəsində liderliyini göstərir. Rusiya heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarına da inanmır. Belarusun və Qazaxıstanın Rusiyanın Krımı ilhaqından məsafə saxlaması da buna sübutdur.

 


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)