vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AKTUAL  
23:57 | 16 avqust 2018 | Cümə axşamı Məqaləyə 1209 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp bir sirri açdı

Çavuşoğlu cavab verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə ilə ABŞ arasında keşiş Branson böhranı qarşılıqlı sanksiyalar və sərt açıqlamalar ilə davam edir. “Bloomberg”ə xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dünən nazirlər kabinetinin toplantısında “Türkiyənin yaxşı bir dost olmadığının ortaya çıxdığını”, söyləyib.

Toplantıda ABŞ-ın xəzinə naziri Stiven Mnuçin isə Bransonın təcili azad edilməməsi vəziyyətində Türkiyəyə yeni sanksiyalar  tətbiq olunacağını bildirib.

“Bloomberg”in xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp, Türkiyə üçün bir nəfərin, adını vermədiyi bir ölkədə sərbəst buraxılmasını təmin etdiyini, ancaq buna baxmayaraq Bransonın azadlığa buraxılmadığını söyləyib.

Xəbərdə, Trampın Ərdoğan ilə keçirdiyi görüşə işarə edilərək, "Birini bir yerdən çıxarmaq məsələsində yardıma ehtiyacı vardı, mənə müraciət etdi. Mən də kömək etdim. Buna baxmayaraq keşişimizi həbs etmək istəyirlər. Ədalətli deyil. Doğru deyil,"- dediyi bildirilib.

ABŞ Prezidenti Tramp, Türkiyə ilə ölkəsi arasında davam edən keşiş Branson gərginliyi ilə bağlı gecə sosial mediadan da açıqlama verib.

Tramp sosial mediadan etdiyi açıqlamada, "Türkiyə uzun illər ABŞ-dan istifadə etdi. İndi, ölkəmizi böyük bir vətənpərvər olaraq təmsil edən möhtəşəm biri  keşişimizi həbsdə saxlayırlar. Günahsız bir adamın sərbəst buraxılması üçün heç nə verməyəcəyik, Türkiyə ilə əlaqələrimizi azaldırıq",- İfadələrini istifadə edib.

Dünən ABŞ-ın vitse-prezidenti Mike Pence də, Bransonın azad edilməsi lazım olduğunu söyləmiş və “Türkiyə, Prezident Trampın qətiyyətini test etməməlidir” deyərək təhdid etmişdi.

Trampın sözlərinə cavab verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, “ABŞ həqiqi dostun kim olduğunu bilmir və görmür. ABŞ ilə problemləri çox asan həll edə bilərik, amma ABŞ-ın indiki anlayışı ilə deyil”, - söyləyib.