vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
23:36 | 16 avqust 2018 | Cümə axşamı Məqaləyə 1040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Branson buraxılmasa ...”

ABŞ naziri yeni sanksiyalardan danışdı

ABŞ-ın xəzinə naziri Stiven Mnaçin, ABŞ-lı keşiş Endryu Bransonın təcili sərbəst buraxılmaması halında ABŞ-ın Türkiyəyə daha çox sanksiya tətbiq edəcəyini bildirib.

“ABŞ yeni sanksiyalar hazırlayır”, - nazir deyib.

 

Nə olmuşdu?

 

2016-cı ilin noyabr ayında terror təşkilatlarına dəstək vermək və casusluq iddialar ilə həbs olunmuş keşiş, bir müddət əvvəl ev həbsinə keçirilib. Bransonın vəkili tərəfindən ev həbsinə də edilən etiraz dünən məhkəmə tərəfindən rədd edilmişdi.

Mnaçinin açıqlamasından sonra Dollar/TL məzənnəsi yüksəlib. Dünən axşam 5.72 səviyyəsinədək düşən məzənnə yenidən 5.85-ə yüksəlib.