vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
14:19 | 18 avqust 2018 | Şənbə Məqaləyə 1991 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə görə indi?

Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

Ramiz MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın federal kansleri Angela Merkelin avqustun sonunda gözlənilən Cənubi Qafqaz, o cümlədən Azərbaycan səfəri ölkəmizin Avropa üçün strateji maraq doğurması barədə ciddi siqnaldır. Bu barədə politoloq, Avropa İttifaqının xarici siyasəti, miqrasiya və enerji təhlükəsizliyi üzrə ekspert Dionis Çenuşa deyib.

Onun sözlərinə görə, Almaniyanın Azərbaycana marağı ilk növbədə energetika ilə bağlıdır. “Angela Merkelin səfərinə kimi Azərbaycan prezidenti İlham Əliyev 2015 və 2016-cı illərdə iki dəfə Almaniyada olub. Odur ki, diplomatik prinsipə əsasən, alman kansleri Azərbaycana gəlməli idi”, - həmsöhbətimiz bildirib.

“Nəyə görə səfər məhz indi baş tutacaq? Bu yəqin onunla bağlıdır ki, Almaniya öz tərəfdaşlarına “Şimal axını-2”nin heç bir vəchlə Avropanın enerji təhlükəsizliyini təmin edə bilməyəcəyini göstərmək istəyir. Buna görə də, Azərbaycandan enerji daşıyıcılarının təchizatı vacibdir.

İstənilən halda, Merkelin səfəri bütün region üçün vacib siqnaldır və Azərbaycanın strateji əhəmiyyətinə sübutdur.

O ki qaldı Dağlıq Qarabağa, bu məsələ mütləq müzakirə ediləcək. Lakin böyük irəliləyiş gözləməyə dəyməz.

Eyni zamanda, nə qədər ki, Türkiyə Rusiya ilə yaxınlaşır, İran isə nüvə məsələsində ABŞ tərəfindən təzyiqlərin artırılması ilə üz-üzədir, Almaniya və Aİ üçün Bakı ilə dialoqun fəallaşdırılması əhəmiyyət kəsb edir”, - ekspert bildirib.