vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BANK, BİRJA, SIĞORTA  
14:27 | 18 avqust 2018 | Şənbə Məqaləyə 2236 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yetərsizdir ...”

“Fitch Ratings”in Türkiyənin tədbirlərinə münasibəti

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings”, Türkiyənin həyata keçirdiyi tədbirlərin etibarı bərpa etmək üçün yetərsiz olduğunu bildirib.

“Fitch”dən verilən açıqlamaya görə, Agentlik, siyasətə inamın artması, mərkəzi bankın müstəqilliyi və daha yavaş iqtisadi artıma keçid ilə Türk lirəsinin dəyərdən düşməsinin dayandırıla bilinəcəyini qeyd edib. Beləliklə, TL-nin daha sabit pul vahidi halına gələcəyi vurğulanıb.

“Fitch”, ötən gün Qətərin Türkiyəyə 15 milyard dollar birbaşa investisiya edəcəyi xəbərinin Lirənin dəyər qazanmasını təmin etdiyini, ancaq, investisiya qoyuluşunun vaxtının və detallarının hələ açıqlanmadığını qeyd edib.

Türkiyənin qlobal maliyyə bazarlarında risklərə məruz qalmasına yüksək inflyasiyanın və cari kəsir rəqəmlərinin səbəb olduğu qeyd edilib.

“Ficth Ratings” 13 İyulda Türkiyənin kredit reytinqini “BB+”dan “BB”yə endirmiş, proqnozunu isə “sabitdən” “mənfi”yə çevirmişdi.