vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
18:16 | 18 avqust 2018 | Şənbə Məqaləyə 1822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda ikitirəlik …

Paşinyan iqtidardır, amma müqtədir deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

Paşinyan dünən İrəvanda böyük mitinq keçirdi. Tədbir onun baş nazir kimi 100 günlük fəaliyyətinə həsr olunsa da, Paşinyanın əsas məqsədi həm daxildəki düşmənlərinə, həm də Rusiyaya bir daha öz gücünü nümayiş etdirmək idi.

Paşinyan iqtidar olsa da, hələ müqtədir (hər şeyə gücü yetən) ola bilməyib və yeganə resursu xalq dəstəyidir. Parlamentdə Serjikin partiyası ilə daşnaklar üstünlüyü əlində saxlayır, dövlət aparatında, məhkəmə sistemində köhnə qurdlar olduğu kimi qalıb və onları dəyişmək imkanı yoxdur. Koçaryanı da həbsdən məhz onlar buraxdı. Faktiki, bu gün Ermənistanda ikihakimiyyətlilik yaranıb.

Yeni komandanın pat vəziyyətindən çıxmaq üçün yeganə yolu erkən parlament seçkilərinin keçirilməsidir, lakin bu, elə də asan məsələ deyil. Konstitusiyaya görə, erkən seçkilərin təyin olunması üçün baş nazir istefa verməli və parlamentin yeni hökumət başçısını seçmək cəhdi iki dəfə uğursuzluqla nəticələnməlidir. Bu halda parlament buraxılmış sayılır.

Amma Paşinyan dünənki mitinqdə belə bir ssenaridən danışıb ki, istefa verəcəyi təqdirdə, köhnə komanda dərhal vəziyyətdən istifadə edib, öz nümayəndəsini baş nazir seçə bilər. Bu səbəblə o, hesab edir ki, Konstitusiyaya parlamentin özünü buraxmaq hüququ barədə müddəa daxil edilməlidir. Lakin Konstitusiya dəyişikliyinin necə, hansı yolla həyata keçiriləcəyi qeyri-müəyyəndir, çünki bunun üçün də parlamentin iradəsinə ehtiyac var.

Bir sözlə, Paşinyan hazırda hüquqi labirintin içində vurnuxur və çıxış yolu axtarır.

Belə bir vəziyyətdə Rusiyanın da dəstəyi ilə Robert Koçaryan öz siyasi ambisiyalarını yenidən ortaya qoyub. Paradoksal durumdur: Koçaryanın cəmiyyətdə sosial dayaqları zəifdir, lakin o, parlament çoxluğuna və dövlət bürokratiyasındakı adamlarına arxalanıb, real hakimiyyət rıçaqlarını ələ keçirmək imkanına malikdir. O, hazırda həm müxalifət lideri qismində çıxış edir, həm də mövcud sistemin adamıdır.

Paşinyan erkən seçkilərə nail ola bilməsə, onun inqilabının fiasko ilə nəticələnməsi ehtimalı az deyil.