vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:23 | 19 avqust 2018 | Bazar Məqaləyə 2284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bu, pis nümunə olardı”

Almaniya XİN rəhbəri Dağlıq Qarabağdan da missal çəkib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiyanın Ukraynanın Krım bölgəsini işğal etməsi ilə barışmayacağıq”. Bunu Almaniyanın xarici işlər naziri Ayko Maş deyib.

Nazir Krımın Ukraynanın suverenliyinə aid olduğunu vildirib: “Krımı Rusiya ərazisi kimi tanısaq, digər ölkələr də bunu nümunə götürərək beynəlxalq hüquq normalarına zidd qərarlar qəbul edə bilərlər”.

Alman diplomat Ukraynadakı işğallara görə, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya qərarının atılmış ən doğru addım olduğunu diqqətə çatdırıb.

Alman nəşri “Sonnatag” Krım, Donbas (Ukrayna), Abxaziya və Cənubi Osetiya (Gürcüstan) kimi münaqişələrlə yanaşı, uzun illərdir Ermənistan və Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib.