vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
19:23 | 19 avqust 2018 | Bazar Məqaləyə 1802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

““Bizimki” deyildi”

Azərbaycan səmasında UNO görünüb?

Keçmiş SSRİ KQB-sinin xüsusi şöbəsinin sabiq əməkdaşı, ehtiyatda olan mayor Vasili Kuzminıx iddia edir ki, Azərbaycan əraizisində xidmətdə olarkən nəhəng ölçüdə naməlum obyekt görünüb.

Jurnalistlə söhbətində Vasili Kuzminıx ötən əsrin 80-ci illərindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan SSR-in ərazisində əks-kəşfiyyatda xidmət edib. Həmin zaman Azərbaycan səmasında uçan naməlum obyekt (UNO) görünüb və bu məlumat gizli saxlanıb.

“Azərbaycanda xidmət edərkən mən UNO gördüm. Bizim hissənin üstündən obyekt keçdi. Onun diametri… Təyyarəçilər müxtəlif rəqəmlər səsləndirirdilər. Həmin vaxt paralel kurslarda uçan pilotlar onu uzaqdan görmüşdülər, deyirdilər ki, diametri 800 metrə yaxındır. Amma yaxınlıqdan uçanlar bildirirdilər ki, stadion boydadır, hardasa 80 metr. Sadəcə qaz işığına bənzəyən mavi rəngli şar.

O, saatda 700 kilometr sürətlə hərəkət edirdi. Bizimlə eyni hündürlükdə. O vaxt buna izahat tapa bilmədik. Belə nəticəyə gəldim ki, bu, bizim biliklərimizdən kənarda qalan bir şeydir. Yeri gəlmişkən, təyyarəçilər bildirirdiklər ki, həmin vaxt havada turbulentlik yox idi, yəni aydın məsələdir: obyektin təbiəti “bizimki” deyildi.

Yadımdadır, məndən bu hadisə ilə bağlı bütün sənədləri alandan sonra rəhbərim dedi: “İndi bu kağız-kuğuza görə mən nə nəticəyə gəlməliyəm və hansı raportu yazmalıyam? Qısası, bunların hamısını cırıram! Bəsdir, boş-boş işlərlə məşğul oldunuz! Get, casus axtar”, - Kuzminıx deyib. (virtualaz.org)