vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
19:50 | 19 avqust 2018 | Bazar Məqaləyə 1818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ sanksiyalara doymur

Tramp administrasiyası Rusiyaya daha bir zərbə hazırlığında

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın bir neçə həftə ərzində Rusiyanın “Şimal axını-2” qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bu haqda “The Wall Street Journal” administrasiyadakı mənbələrə istinadən yazıb.

Hazırda sanksiyalar paketi üzərində iş yekunlaşır. Məlumata görə hələlik Vaşinqtonda yekun qərar verməyiblər. 2017-ci ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin üstü açılandan sonra Konqres prezident Trampa “Şimal axını-2” qaz kəməri layihəsində iştira edən şirkətlərə və şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi səlahiyyətini verib. İndi Tramp qaz kəməri layihəsini əngəlləmək üçün bu səlahiyyətlərdən istifadə etməyə hazırlaşır. Qəzetin yazdığına görə sanksiyalar qaz kəmərinin tikintisini dayandırmağa hesablanıb, çünki ABŞ-da hesab edirlər ki, bu kəmər Avropanın Rusiya qazından asılılığını artıracaq.

“Şimal axını-2” kəmərinə əsasən  Rusiyadan Almaniyaya Baltik dənizindən dibindən ümumi tutumu ildə 55 milyard kubmetr olmaqla iki kəmər qolunun çəkilməsi nəzərdə tutulur. Layihənin dəyəri 10 milyard avroya yaxındır.

ABŞ və bir sıra Avropa ölkələri bu layhəyə qarşı çıxır. Birləşmiş Ştatlar Rusiya qazına alternativ kimi Azərbayanın “Şahdəniz” yatağının qazını Avropaya nəql etməli olan Cənub Qaz Dəhlizinə güclü dəstək verir.