vaxtlı-vaxtında oxuyun! Bazar, 18 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9267 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1743 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3163 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
STOLÜSTÜ  
21:17 | 19 avqust 2018 | Bazar Məqaləyə 1091 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Şah”dan möhtəşəm nəticə

Şəhriyar Məmmədyarov bir qələbə ilə iki tarixi uğura imza atdı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Şah” ləqəbli şahmatçımız Şəhriyar Məmmədyarov növbəti tarixi nəticə əldə edib. Belə ki, dünən ABŞ-da şahmat üzrə növbəti superturnir başlayıb. Həmin turnirdə hazırkı dünya çempionu Maqnus Karlsenlə bərabər, dünyanın ən güclü 10 şahmatçısı iştirak edir. Azərbaycanın fəxri sayılan Məmmədyarov da iştirakçılar arasındadır. Bildirək ki, bu yarışda qazanılan və uduzulan (hətta heç-heçə də) hər bir oyun şahmatçıların elo xalına ciddi təsir edir. Açılış mərasimində açıqlama verən dünya çempionu Maqnus “mən bura ancaq turniri qazanmaq üçün gəlmişəm! Bunun üçün heç bir əngəl görmürəm!” sözləri ilə yarışın vacibliyini göstərmiş olub.

Bakı vaxtilə saat 22:00-da start götürən yarışda Şəhriyar ilk oyunda Birləşmiş Ştatları təmsil edən Uesli So ilə qarşılaşdı. 51-ci gedişdə rəqibi təslim etməyi bacaran şahmatçımız növbəti 4.7 elo xalını aktivinə yazdırdı. Məmmədyarov qazanılan xallarla 2 böyük uğura imza atdı.

Belə ki, şahmatçımız karyerasında ƏN YÜKSƏK XALINI - 2821.7 qazandı və bununla da PLANETİN ən güclü 2-ci şahmatçısı oldu.

Digər tərəfdən Ş.Məmmədyarov DÜNYA ŞAHMAT TARİXİNDƏ gəlmiş keçmiş ən güclü şahmatçılar arasında 5 pillə irəliləyərək 7-ci oldu. Bu inanılmaz bir nəticədir.

Qeyd edək ki, Şəhriyar dünyanın ən güclüsü olması üçün, Maqnusdan cəmi 13.8 xal geri qalır.

Bildirək ki, dünya çempionu M.Karlsen dünənki qarşılaşmada heç-heçəyə razılaşaraq 1 elo xalı itirib. Şəhriyardan əvvəlki dünya 2-cisi Karuana da oyununu bərabərliklə bitirdiyi üçün eyni xalı itirib.

Qeyd: “Sinquefield Cup” superturniri cəmi 9 turdan ibarətdir. Şəhriyar Bakı vaxtı ilə 22:00-da başlayacaq 2-ci turda qara fiqurlarla rus şahmatçısı Aleksandr Qrişuk'a qarşı oynayacaq. Şahmatçımıza bu oyunda da qələbə arzulayırıq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *