vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
21:06 | 20 avqust 2018 | Bazar ertəsi Məqaləyə 2146 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniya Türkiyəyə dəstəkdən imtina etdi

ABŞ-ın qorxusundan …

Elmin HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Der Spiegel” yazır ki, Angela Merkel Türkiyəyə maliyyə dəstəyi vermək istəmir. Xristian Demokrat Birliyi (Christlich Demokratische Union Deutschlands) partiyasının baş katibi Kramp Karrenbauer deyib ki: “Merkel Türkiyəyə maliyyə dəstəyi vermək istəmir. Bu haqda düşünməyə ehtiyac yoxdur." Karrenbauerə görə; “Merkel hal-hazırda Türkiyəyə maliyyə dəstəyi üçün bir səbəb görmür”. Bunu söhbətə SPD (Sozialdemokratische Partei Deutschlands-Almaniya Sosial Demokratiya Partiyası) gətirdi. Karrenbauerdən alınan məlumata görə, Merkel düşünür ki, Türkiyənin Almaniyanın köməyinə ehtiyacı yoxdur.

Bir müddət öncə Türkiyənin yanındayıq deyən Almaniya tərəfi indi də bu məsuliyyətdən qaçmaq üçün müxtəlif bəhanələr axtarır. Bu söhbətlərin SPD tərəfindən yayıldığını əsas gətirərək bütün günahı onların üzərinə yıxmaq istəyirlər. Bəlkə də, məsuliyyətdən qaçmağa görə Merkel zəif halqa hesab etdiyi SPD-ni hədəfə çıxarır.

Göründüyü kimi, Vaşinqton Berlinə təzyiqləri hərtərəfli artırıb. Bu səbəbdən Almaniya Türkiyə siyasətini dəyişməyə hazırlaşır. Bəs əgər Merkel Trampın sözünə baxmayıb, Ankaraya maliyyə dəstəyi etsəydi nələr baş verəcəkdi?! - Təbii ki, okeanın o tayındakı bu davranış normal qarşılanmayacaqdı. Qəzəblənmiş ABŞ Almaniya iqtisadiyyatını vuracaqdı.

Maşınqayırma sahəsində almanlar dünyanın lider ölkələrindəndir. Əgər Tramp Almaniyadan avtomobil, ehtiyyat hissələri, digər nəqliyyat vasitələrinin idxalına qadağa qoyub, bu sahədə yaranacaq boşluğunu Yaponiya və Cənubi Koreya sayəsində doldursa, bu avropalıların iqtisadiyyatı üçün böyük zərbə olacaq. Nəticədə isə milyardlarla itki yaranacaq. Digər tərəfdən rəsmi Berlin Avropa Birliyində əsas söz sahibidir. ABŞ-ın bu birliyə təsir imkanlarının kifayət qədər olması heç kimə sirri deyil. Elə birliyin içində Almaniyanın liderliyini qəbul etmək istəməyən dövlətlər az deyil. Ən başda da Fransa.

Almanların Avropa Birliyindəki təsir imkanlarını itirməsi dövlətin nüfuzu və liderliyi baxımından təhlükəlidir. Nəticədə Almaniya üçün deyilən “Avropanın lokomotivi” ifadəsi puç ola bilər. Bu baxımdan Merkelin bu cür addımı Trampla münasibəti pozmamağa xidmət edir. Zatən Trampın Merkeldən xoşu gəlmədiyini bütün alman saytları yazır.