vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
23:39 | 20 avqust 2018 | Bazar ertəsi Məqaləyə 2872 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar hamını təzyiq altında saxlayır

Bütün dünya FED rəhbərlərinin açıqlamalarını gözləyir

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

MÖVZU İLƏ ƏLAQƏLİ

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.


Avro

Dünya valyuta birjalarında avronun məzənnəsi keçən həftə ərzində 1.13 dollara kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşaraq, bu gün 1.14 dolların üzərində ticarət edilir. Lakin bahalaşma maliyyə bazarında texniki səbəblərlə əlaqələndirilir və avroya olan təzyiqlərin aktual qaldığı qənaəti güclü olaraq qalır. Beləliklə, məzənnə 1.16-nın altında qaldıqca, yenidən 1.13 dollara kimi ucuzlaşa biləcəyi ehtimal edilir.

Avropada siyasi və iqtisadi risklərin aktuallığı, eyni zamanda Amerika Mərkəzi Bankının (FED) sərt monetar siyasəti avronu təzyiq altında saxlayan əsas amillərdir.

Bununla yanaşı, avqust ayının 23-də baş tutacaq Amerikanın Vyominq şəhərində mərkəzi bank üzvlərinin “Jackson Hole Simpoziumu”nda veriləcək açıqlamalar da investorların diqqət mərkəzindədir.

 

 Funt

 

İngiltərə funt-sterlinqinin məzənnəsi də təzyiq altındadır. Son zamanlar “BREXIT” fonunda İngiltərə hökumətinə qarşı təzyiqlərin artması, ölkə valyutasına da mənfi təsir etməkdədir. Hal-hazırda 1.28 dolların altında ticarət edilən funtun, 1.27 dolları da aşağı istiqamətdə qırarsa, 1.26-ya kimi də ucuzlaşa bilər.

 

Lirə

 

Türkiyə maliyyə bazarlarında isə Türkiyə lirəsinin məzənnəsi keçən həftənin ikinci yarısında yenidən 6.34 -ə kimi bahalaşıb. Yeni həftənin ilk ticarət sessiyasında 5.98TL-yə təklif edilən məzənnə, yenidən 6.20TL-ni yuxarı istiqamətdə qırarsa, 6.56TL-yə kimi bahalaşa bilər.

Qeyd etmək lazımdır ki, bu həftə Türkiyədə “Qurban Bayramı” münasibətilə yerli maliyyə bazarının işləməməsi, məzənnənin daha çox beynəlxalq valyuta birjalarında dolların təsiri altında forlaşmasına səbəb olacaqdır.

 

Neft

 

Avropanın “Brent” markalı neftinin bir barel qiyməti 71 dollar ətrafında dalğalanmaqdadır. Təhlillərə əsasən, qiymət 73 dolların altında qaldıqca, 69.80 və 66.30 dollara kimi də dəyər itirə bilər. Dünyada hasilat səviyyəsinin yenidən artması, neft qiymətlərinin ucuzlaşmasına səbəb olur.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

Qızıl

 

Əlvan metallar bazarlarında da qızıl qiyməti 1160 dollara (37.3 dollar/qram) kimi ucuzlaşdıqdan sonra 1185-ə (38.1 dollar/qram) kimi bahalaşmağa başlayıb. Qiymət bu səviyyənin üzərində qalarsa, bir unsiya üzrə qiymət 1194 dollara (38.4 dollar/qram) kimi bahalaşa bilər.

ABŞ-da inflyasiyanın yüksək olması, FED-in faiz artımı siyasətində ləngimə və dünyada siyasi və iqtisadi risklərin daha da artması, qızıl qiymətinin daha da bahalaşmasına əsas verə biləcək amillərdir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

***

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

Risk bildirişi

 

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.