vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
13:44 | 24 avqust 2018 | Cümə Məqaləyə 2367 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda siyasi xaos

Avropa şikətləri sanksiyalara görə əvvəl ölkəni tərk edir

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyinin ABŞ-ın sanksiyalarına tabe olmamasına baxmayaraq, Avropanın iri şirkətləri İrandan çıxmağa davam edir.

Bu gün “British Airways” və “Air France” İrana uçuşları dayandırdıqlarını elan etdilər. Ötən həftə isə Almaniyanın ən böyük telekommunikasiya qurumu “Deutsche Telekom” və “Deutsche Bahn” dəmir yolu şirkəti İranı tərk etdiklərini açıqlamışdılar. Səbəb eynidir: ABŞ-da biznes aparmaq hüququndan və ABŞ bank sistemi ilə əlaqələrdən məhrum olmamaq.

Böhranın dərinləşdiyi İranda islahatçı qanadın sistem dəyişikliyi tələbləri daha gur səslənməyə başlayıb. Prezident Ruhani bildirib ki, generalların siyasi şüarlarla çıxış etməsi ölkə üçün pis nəticələnə bilər və ordu xalqın seçdiyi şəxsə (yəni prezidentə) tabe olmalıdır. Hazırkı sistemdə isə silahlı qüvvələr ali dini liderə tabedir. Sabiq prezident Hatəmi də sistemdə islahatların zəruri olduğunu, əks halda, İranın itirəcəyini bəyan edib.

Qumda isə tələbələr “Ruhaniyə ölüm” şüarı ilə aksiya keçiriblər. Hökumət bu məsələdə İslam İnqilabı Keşikçiləri Korpusundan şübhələnsə də, bu qurum aksiya ilə əlaqəsini inkar edib.

İranda sistemin qoruyucuları ilə reformasiya tərəfdarları arasında daxili mübarizənin getdikcə kəskinləşəcəyi şübhə doğurmur. Bunu ali rəhbərin “ölkədəki vəziyyətə görə xarici qüvvələr yox, hökumət məsuliyyət daşıyır” sözləri də göstərir.

P. S. Rusiya barədə sonrakı yazıda.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)