vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:27 | 24 avqust 2018 | Cümə Məqaləyə 2217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya dar gününə tədarük görür

Kreml valyuta ehtiyatını artırır

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son iki gündə rubl ciddi şəkildə ucuzlaşırdı, baxmayaraq ki, neftin qiyməti Rusiya üçün kifayət qədər əlverişlidir.

Bu gün dolların birja məzənnəsi 69 rubla, avronun məzənnəsi isə 80 rubla çatdıqdan sonra Mərkəzi Bank müdaxilə etdi və bazardan valyuta almağı dayandırdı. Rusiya Mərkəzi Bankı neftin büdcədə göstərilən qiymətindən yuxarı qiymətə satışından qazanılan gəlirləri ehtiyat fondlar üçün valyuta (dollar, avro, funt sterlinq) toplamağa sərf edir və ilin əvvəlindən bu məqsədlə 2 trilyon rubl xərcləyib. Əslində rublun ucuz olması büdcə gəlirlərinin artması baxımından hökumət üçün sərfəlidir, lakin kəskin ucuzlaşma inflyasiyaya və idxal mallarının bahalaşmasına səbəb olduğu, son nəticədə əhalinin maddi rifahına mənfi təsir göstərdiyi üçün arzuolunan sayılmır.

Rubla mənfi təsir edən digər amil isə ABŞ-ın sanksiya basqısının güclənməsidir. Bu günlərdə Skripal hadisəsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ilk mərhələsi elan edilməlidir. (İkinci mərhələ Rusiyanın davranışından asılı olaraq, 3 ay sonraya planlaşdırılıb.) Senatda isə daha ağır sanksiyaları nəzərdə tutan qanun layihəsi payızı gözləyir.

Bu arada, məlum olub ki, İsveçrənin ikinci böyük bankı “Credit Suisse” ABŞ sanksiyaları çərçivəsində rusiyalı oliqarxlara məxsus 5 milyard dollardan çox vəsaiti dondurub. Düzdür, bank özü bunu dondurma deyil, reklassifikasiya adlandırır: vəsaitlər “idarə edilən aktivlər” (Asssets under Management) statusundan “etibarlı saxlanan aktivlər” (Assets under Custody) statusuna keçirilib. Digər İsveçrə bankları UBS və “Julius Baer” də sanksiyalara uyğun hərəkət etdiklərini söyləyərək əlavə açıqlama verməyiblər. ABŞ sanksiyalarına məruz qalan rusiyalı oliqarxlar Deripaska və Vekselbergin Kipr banklarındakı hesabları da dondurulub.

İran nümunəsində olduğu kimi, Rusiya nümunəsində də görürük ki, ABŞ sanksiyaları Avropa ərazisində də işləyir, baxmayaraq ki, AB həmin sanksiyalara qoşulmayıb və baxmayaraq ki, İsveçrə neytral ölkədir. 2009-cu ildə “Credit Suisse” ABŞ tərəfindən 536 milyon dollar məbləğində cərimələnib. Səbəb bu idi ki, bank sanksiyalara rəğmən iranlı müştərilərə xidmət etdiyini ABŞ-dan gizlətmişdi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)