vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
STOLÜSTÜ  
12:27 | 27 avqust 2018 | Bazar ertəsi Məqaləyə 4150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Utandım deyim ki pul!”

Şəhriyar Məmmədyarovdan ŞOK açıqlama: “Məndən güclü neçə idmançı var ki, bir sponsor tapılmadı?!”

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinquefield Cup” turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində şikayətlənib.

Vaxt.az-ın məlumatına görə, şahmatçımız sponsoru olmadığını, yarışlara öz puluna getdiyini bildirərək, artıq yorulduğunu vurğulayıb.

“Sabahınız xeyir. Yorğunluqdan indicə yuxudan durdum. Burda gecə saat 01:47-dir. Bu gün Karlsenlə 5 saatdan çox oynadım və açığı çətin mübarizə oldu, debütdən böyük üstünlüyüm vardı, sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və belə qərara gəldim ki, daha 40-45 günlük turnirlərə son qoyacam, gərək az oynayıb özümdə güc saxlayım.

Bu əlbəttə ki, biabırçılıqdı, bu qədər arda-arda oynamaq... Bu gün jurnalist mənə sual verdi ki, “səni bu qədər oynamağa məcbur edən nədir?”. Utandım deyim ki pul!

Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Burda bütüm digər oyunçuların sponsoru var. Amma yenə sabah oyun var, gərək yenə hazırlaşım!

Çox heyf, amma şahmat belə artıq məni bezdirir! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı?!

Azərbaycana sevgim sonsuzdur, amma heyf ki, mənim gücüm sonsuz deyil, bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər sadəcə mənasız olacaq!”.

ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinkfild” kuboku uğrunda super turnirinin səkkizinci turu oynanılıb.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb.

Oyun gününün yekununda Sergey Karyakin (Rusiya) və Xikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ) və Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) qarşılaşmaları da heç-heçə yekunlaşıb.

Səkkiz turdan sonra 5 xal toplayan Karuana liderdir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür. Onların hər birinin hesabında 4,5 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 4 xal) tutur. Ardınca So (3,5) və Nakamura (3), sonuncu isə Karyakin (2,5) qərarlaşıb.

Turnirin sonuncu 9-cu turu avqustun 27-də keçiriləcək. Təmsilçimiz hindistanlı Vişvanatan Anandla görüşəcək.

Qeyd edək ki, 33 yaşlı Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hazırda FIDE reytinqində 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan Şahmat Federasiyasının sədri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur.