vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
17:57 | 28 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 2043 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvan uğrunda savaş

Qarabağ klanı yeni blok yaratdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı cəbhə böyüyür. Ermənistan mətbuatı xəbər verir ki, Paşinyanın “Mülki Müqavilə” partiyasının keçmiş müttəfiqi “İşıqlı Ermənistan” partiyası bu dəfə Qarabağ klanı ilə birləşməyi qərara alıb.

Hələ də merin təyin oluna bilmədiyi üçün Yerevan ağsaqqallar şurasının növbədənkənar seçimləri yeni mübarizə meydanına çevrilib.

Belə ki, deyəsən Qarabağ klanı bu cəbhəni uduzmaq istəmir. Elə ona görədir ki, Yerevan ağsaqqallar şurasının budəfəki seçimlərinə “İşıqlı Ermənistan” partiyasını öz tərəfinə çəkməyi bacarıb.

Beləliklə, Yerevanda ağsaqqallar şurasının budəfəki seçimlərində “Respublika” partiyası ilə “İşıqlı Ermənistan” partiyası “İşıq” vahid blokunda çıxış edəcəklər.

Namizədlər içərisində isə birinci yerdə hazırkı ədliyyə naziri və “Respublika” partiyasının siyasi şurasının üzvü Artak Zeynalyandır. İkinci yerdə David Xajakyan, üçüncü yerdə isə Ani Xaçatryan qərarlaşıb.

Qeyd edək ki, “İşıqlı Ermənistan” bundan əvvəlki seçkilərdə “Çıxış” blokunun tərkibində Nikol Paşinyanın “Mülki Müqavilə” partiyası ilə birgə çıxış edib. Lakin Paşinyanın partiyası bu dəfəki seçkilərə tək qatılacağını bildirib.