vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
23:55 | 29 avqust 2018 | Çərşənbə Məqaləyə 4795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bizi çətin oyun gözləyir”

Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Şerif”in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

- Sabah çətin oyunun bizi gözlədiyini bilirik. İlk oyunda aldığımız nəticə şanslarımızı artırır. Topla çox yaxşı oynamağı bacaran komandadır. İlk oyundan fərqli olaraq, sabah daha yaxşı oyun göstərməliyik. Fiziki cəhətdən yaxşı hazırlaşmışıq. Əlimizə düşən şanslardan yaxşı istifadə etməliyik.

 

- Bakıda sizi nələrin gözlədiyini bilirsizmi?

- Bizi nəyin gözlədiyini yaxşı bilirik. Sabah stadion dolu olacaq. Lakin biz belə azarkeşlər qarşısında oynamağı bacarırıq.

 

- Sabah “Şerif”in ifasında yenə ehtiyatlı oyun görəcəyik?

- “Qarabağ” ötən il ÇL-ə düşməklə Avropada özünü tanıtdı. Müdafiə olunmaq lazım olsa, müdafiə olunacağıq. "Qarabağ” qol vursa, biz də qol vurmağa çalışacağıq.

 

- Roberto Bordindən məsləhətlər almısınızmı?

- “Qarabağ”ın “Neftçi” ilə keçirdiyi oyunu izləmişəm. Güclü və zəif tərəflərini bilirik. Bordinlə danışmamışam. Buna ehtiyac yoxdur.

 

- Emeqaranın sabah meydanda olması sizə hər hansı çətinlik yaradacaqmı?

- Emeqaranın oyunlarını təhlil etmişik. Biz öz oyunumuzu oynamalıyıq. “Qarabağ”ın güclü futbolçuları var. Öz şanslarımızı gözləyib bundan istifadə etməliyik.

 

- Sabah “Qarabağ” “Şerif”i 2:0, 3:0 hesabı ilə məğlub etsə, komandada gələcəyiniz necə olacaq?

- Bu haqda danışmaq çətindir. Qarşımıza Avroliqaya düşmək kimi bir məqsəd qoyulmayıb. Yenilənmiş komandayıq. Hər komanda, hər futbolçu istəyir ki, ölkəsini Avropada layiqincə təmsil etsin.