vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
QARABAĞ  
12:08 | 31 avqust 2018 | Cümə Məqaləyə 1914 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni işğalçılığının mədəni irsimizə zərbəsi

Daha bir hesabat təqdim olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 30-da “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı layihə üzrə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi barədə hesabat təqdim olunub.

İctimai birliyin sədri Faiq İsmayılov bildirib ki, işğal olunmuş torpaqlarda 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq nümunəsi, 747 arxeoloji abidə, 64 bağ-park və xatirə abidəsi, 1510 mədəniyyət müəssisəsi, o cümlədən 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 23 muzey, 4 rəsm qalereyası, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyalarında saxlanan əşyalar, mədəni irs nümunələri və digər sərvətlər ya dağıdılıb, məhv edilib, ya da mənimsənilib.

Bildirilib ki, atəşkəs dövründə Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət nəticəsində tarixi yer adları, daşınmaz tarix və mədəniyyət abidələrinin adları, yüzlərlə toponim erməni adları ilə əvəz edilib. Məscid və müqəddəs yerlərin, məzarların, kurqanların üzərindəki tarixi yazılar silinib və dağıdılıb. Bu tarixi cinayətə isə dünya birliyi və elmi idarələr sükut və laqeydlik nümayiş etdirir.