vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
DÜNYA  
14:06 | 31 avqust 2018 | Cümə Məqaləyə 1760 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT-dən acınacaqlı hesabat

Dünya üzrə 4 milyon qaçqın uşaq məktəbə getmir

Dünyada il ərzində məktəbə getməyən qaçqın uşaqların sayı 500 min nəfər artaraq 4 milyona çatıb. Bu barədə məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədə dərc olunan məruzəsində öz əksini tapıb. Məruzədə həmçinin qurumun qəyyumluğu altında olan 19,9 milyon qaçqından 7,4 milyonunun məktəbli yaşında uşaqların olduğu qeyd edilir.

“Təhsil uşaqlara yaralarını sağaltmaq və ölkəni bərpa etmək imkanı verir. Bu uşaqların və cəmiyyətlərinin təhsilsiz gələcəyi geri dönüşü olmadan itiriləcək”, -  deyə qurumun başçısı Filippo Qrandi bildirib. Onun sözlərinə görə, qaçqın uşaqlarının normal həyata uyğunlaşması üçün məktəb yeganə məkandır və onların təhsil alması üçün təcili investisiyalar vacibdir. Əks halda, bu uşaqların böyük əksəriyyəti narahatlıq doğuran statistikanı dolduracaq.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, hazırda qaçqın vəziyyətində yaşayan uşaqların 61 faizi ibtidai məktəbə, 23 faizi isə orta məktəbə gedir.