vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
15:01 | 31 avqust 2018 | Cümə Məqaləyə 2190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İspaniyada “pomidor döyüşü”

160 ton məhsulu zay ediblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Valensiyanın yaxınlığında yerləşən Bunol şəhərində hər il 20 min insanın iştirak etdiyi pomidorlarla əsl döyüşü xatırladan “La Tomatina” bayramı keçirilib.

“Döyüş” aparılması üçün 160 ton yetişmiş pomidor lazım gəlib. “Pomidor döyüşü” (La Batallа del Tomate) kimi tanınan məşhur “La Tomatina” festivalı ənənəvi olaraq avqustun son həftəsində ölkənin şərqindəki Bunol şəhərində keçirilir. Sona çatan yay fəslinə həsr edilən bu tədbir, bütün ispan festivalları kimi, bayram atəşfəşanlığı, musiqi və rəqslərlə müşayiət olunur. Lakin pomidor festivalının şəhərə çox sayda qonaq cəlb edən fərqli bir xüsusiyyəti də var. Bu bayramın kulminasiya nöqtəsi şəhər meydanında təşkil olunan pomidor döyüşüdür.