vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
12:25 | 31 avqust 2018 | Cümə Məqaləyə 1854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Seçkilərdə iştirak edəcəm”

Köçəryan siyasətə qayıtdığını bəyan etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir. Modern.az xəbər verir ki, o, bu barədə Ermənistanda “Sputnik”ə müsahibəsində deyib.

“Və əgər mən siyasətə qayıtdığımı elan edirəmsə, onda müvafiq olaraq, bu seçkilərdə iştirak edəcəyəm”, - deyə Koçaryan bildirib.

Seçkilərdə iştirakın formatına gəlincə, Robert Köçəryan müzakirə üçün hələ kifayət qədər vaxtın olduğunu vurğulayıb. "Vəziyyət çox sürətlə inkişaf edir. Və düşünürəm ki, formatla bağlı sualı açıq saxlamaq lazımdır”, - o əlavə edib.

 O əmindir ki, Ermənistan vətəndaşlarına populist şüarlar və adamlar lazım deyil. Eks-prezident hesab edir ki, indiki şəraitdə müxalifət mərkəzlərindən və ya qütblərindən biri ola bilər. Köçəryan hələ bilmir ki, hansı siyasi partiyaları “siyasi döyüşlərdə” onu dəstəkləyəcək. Bu zaman eks-prezident Respublika partiyası və “Çiçəklənən Ermənistan” partiyasına ümid bəsləyir.

“Amma mən ilk növbədə öz gücümə, eləcə də vətəndaşların mənim ətrafımda birləşəcəyinə inanıram”, - o əlavə edib.