vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
22:19 | 31 avqust 2018 | Cümə Məqaləyə 5459 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bizə belə dəstək lazım deyil”

“Qarabağ”ın Qarayevindən ağır sözlər

MÖVZU İLƏ ƏLAQƏLİ

“Hələ öncədən bu oyuna xüsusi köklənmişdim. Bunun da bir amili var idi. Bunu vurğulayacağam, özü də çox pis şəkildə. Oxumuşdum ki, “Qarabağ”ın həlledici matçına 13-15 min bilet satılıb. Bu, məni çox motivasiya etdi. Çünki bizi dəstəkləyən və dəstəkləməyən azarkeşlər həmişə var. Uğur olanda da, olmayanda da yanımızda olublar”.

Bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev doğma divarlar arasında keçirilən, Moldova “Şerif”inə 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının “play-off” mərhələsinin cavab oyunundan sonra keçirdiyi brifinqdə deyib. 26 yaşlı müdafiəçi bildirib ki, uğur qazananda da, qazanmayanda da bu komandanın yanında olmaq lazımdır: “Çətin günlərimizdə də dəstəyə ehtiyacımız var. Vacib pley-off oyunu idi, əvvəllər oyunumuza bilet tapılmırdı. Amma bu gün tribunalarda boş yerlər var idi. Avropa Liqası qitənin nüfuzuna görə 2-ci turniri sayılır. Bu oyun bizim taleyimizi həll edirdi. Amma bu qədər azarkeşin bizdən imtina etməsi... Artıq onlar bizim azarkeş deyil. Bizə yalnız uğur qazananda dəstək olmaq lazım deyil”.

Qarayev layiqli qələbə qazandıqlarını əlavə edib: “Bu oyun qrupa vəsiqə baxımından sonuncu sınağımız idi. İtiriləcək bir şey qalmamışdı. Layiqli qələbə qazandıq. Hər mövsüm Avropada çıxışımız ölkə adına böyük uğurdur. Bizi dəstəkləyən və dəstəkləməyən jurnalistlərə də təşəkkür edirik. Hiss edirdik ki, tək deyilik, dəstəyi hiss edirdik. Dəstək olmayanlar da bizə güc verdi. Topaz Premyer Liqasından fərqli olaraq, azarkeşlər dekabra kimi futbol bayramında olacaqlar”.