vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
10:23 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 375 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uzun məktub …

“Surəti göydəki o gözəgörünməz Allaha!”

Kərim KƏRİMLİ

...Sağdakı şəkildəki binada bir sürücü yaşayırdı. O, 1991-ci ildə - mən “Qarabağ” qəzetində çalışanda (Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd rayonlar üzrə xüsusi müxbir) redaksiyamıza bir şikayət məktubu yazmışdı. Məktub-ərizə Azərbaycan Respublikasının prezidentindən başlayaraq (BMT də daxil olmaqla) 300 ünvana yazılmışdı. Sonuncu belə göstərilmişdi: “300. Surəti göydəki o gözəgörünməz Allaha!”

Sürücü yazırdı ki, 12 nəfərdən ibarət olan ailəm Vəzirov küçəsindəki (şəkildəki) binada 2 otaqlı mənzildə yaşayır (qeyd edim ki, o vaxtın otaqlarının sahəsi də təxminən 9-10 kv. metr, yaxud bir azca çox olurdu). Səhər tezdən yuxudan oyananda arvad-uşağın, oğlanlarımın, qız-gəlinin, nəvələrin (təsəvvür edin bu qədər adamın) yanında utandığımdan növbəyə durub tualetə gedə bilmirəm. Ona görə də əl-üzümü yumamış, ac qarına çıxıb gedirəm işlədiyim avtobazaya, orada tualet ehtiyacımı ödəyirəm, amma ac qalıram...

Sürücü bildirirdi ki, pul (rüşvət) vermək imkanı olmadığına görə ona torpaq sahəsi verilmir ki, bir balaca daxma düzəldib ailəsinin yarısını ora köçürsün.

Nə isə, uzun məktub idi...

“Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov Bakıda həmin ərizənin üstünə “Zona müxbiri Kərim Kərimliyə! Xahiş edirəm araşdırıb material hazırlayasınız!” dərkənarı yazıb Şuşaya - mənə göndərmişdi. Mən də bu məsələ ilə tam ciddi şəkildə məşğul olmağa başladım. Təxminən 1 ilə yaxın müddətdə inadla, israrla, iradə ilə çalışandan sonra həmin sürücüyə pulsuz-rüşvətsiz torpaq sahəsi verilməsinə nail oldum. Lakin təəssüf ki, çox tezliklə müharibə qızışdı və o böyük ailə başçısı, ağsaqqal sürücü orada ev tikdirə bilmədi. Yurd yerinə tökdüyü daş-kərpic, qum-sement və başqa tikinti materialları da tələf oldu, düşmənə qaldı...

İndi dostların paylaşdığı bu şəklə baxıram və düşünürəm... Qəhər məni boğur ki, düşmən gəlib Şuşanın ətəklərində dayanmışdı, amma yenə də insanların qanuni haqqını bəzi məmurlar pulsuz-rüşvətsiz vermirdi...

Bəli, Vəzirov küçəsindəki indi dağılmış şəkildə olan, böyük ailə başçısı və özünə, ailəsinə doğma torpağında ev tikmək səadətinə, haqqına qovuşa bilməyən sürücünün də yaşadığı həmin o binanın şəklini gördüm və o əhvalat yadıma düşdü...

Təəssüf!...

O gün gələcəkmi?...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *