vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
13:59 | 2 sentyabr 2018 | Bazar Məqaləyə 1771 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ fələstinlilərə yardımı kəsdi

BMT idarəsinin maliyyələşdirilməsi dayandırıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Tramp administrasiyası BMT-nin fələstinli qaçqınlara kömək edən idarənin maliyyələşdirilməsini dayandırıb. Administrasiya idarənin fəaliyyətində düzəldilməsi mümkün olmayan qüsurların mövcud olduğunu bildirib.

ABŞ-ın Dövlət Departamenti cümə günü bir neçə onillik ərzində fələstinlilərə göstərilən yardıma son qoyub. Rəsmi bəyanatda bildirilir ki, administrasiya məsələni diqqətlə nəzərdə keçirdikdən sonra, Birləşmiş Ştatlar tərəfindən Fələstinli Qaçqınlara Yardım İdarəsinə əlavə ianələrin verilməsini qərarı verib.

BMT-nin Fələstinlilərə Yardım İdarəsinin sözçüsü Kris Qunnes bildirib ki, təşkilatın məktəblərində, tibb mərkəzlərində və təcili dəstək proqramlarında “düzəldilməsi mümkün olmayan qüsurların mövcud olması” ilə bağlı Tramp administrasiyasının fikrini rədd edir. Sözçü əlavə edib ki, Dünya Bankı BMT-nin Fələstinlilərə Yardım İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib və idarənin regiondakı ən effektiv məktəb sisteminin yaratdığını qeyd edib.

Dövlət Departamentinin sözçüsü Hezer Nauert isə öz nəvbəsində bildirib ki, Fələstinlilərə Yardım İdarəsinin davamlı olaraq faydalananlar icmasının genişləndirməsi dayanıqlı ola bilməz və bu səbəbdən idarə uzun illər ərzində böhran vəziyyətindədir.

BMT-nin Fələstinlilərə Yardım İdarəsinin büdcəsinin təxminən 30 faizini təmin edən Birləşmiş Ştatlar 2016-cı ildə idarəyə 355 milyon dollar ayırıb. Lakin Yanvar ayında Tramp administrasiyası ödəməli olduğu ümumi məbləğdən 65 milyon dolları kəsdi, növbəti il üçünsə yalnız 60 milyon dollar ayırdı.

ABŞ rəsmilərin dediyinə görə, bu qərar zamanı Hamasın əraziyə humanitar yardım səylərinə yaratdığı maneələr də nəzərə alınıb.