vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
10:35 | 2 sentyabr 2018 | Bazar Məqaləyə 1573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şərti həbs və şallaq…

Röya Sağıri Təbriz zindanına göndərilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən dekabr və yanvar aylarında İranda baş qaldıran kütləvi etirazlarla əlaqədar Təbriz İnqilab Məhkəməsi tərəfindən 23 ay həbsə məhkum edilən tələbə fəal Röya Sağıri həbs müddətini keçirmək üçün Təbriz zindanına göndərilib.

Həmin etirazlara qatıldığı üçün Röya Səğiriyə qarşı biri İnqilab Məhkəməsi, digəri isə Cəza Məhkəməsində olmaqla, iki iş açılmışdı.

“Azərbaycan” Şəhid Mədəni Universitetinin tələbəsini İranın “dini liderini aşağılamaq” və “rejimə qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamları ilə mühakimə edən Təbriz İnqilab Məhkəməsi onu 23 ay həbsə məhkum edib.

Təbriz Cəza Məhkəməsi isə “küçədə baş örtüyünü çıxarıb ictimaiyyətə hicabsız görünmək” ittihamı ilə əlaqədar Sağıriyə qarşı 10 şallaq cəzası və 1 il şərti həbs hökmü çıxarıb.

Keçən dekabr ayının son günləri və yanvarın ilk həftələrində Təbriz şəhərində nümayiş keçirmək istiqamətində fəaliyyət göstərən 90 vətəndaşın nəzarət altına alındığına dair məlumat yayılmışdı.