vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
10:49 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 2073 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəşir Əsədin qardaşı yaralanıb

Suriyanın de-fakto 2-ci şəxsi sayılan Mahir Əsəd İsrail zərbələrinə məruz qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriya prezidenti Bəşər Əsədin kiçik qardaşı, Mahir Əsəd Dəməşqdə hərbi aerodroma hücum vaxtı yaralanıb. İsrail telekanalı bildirir ki, bu barədə ərəb KİV-i xəbər yayıb.

Xatırladaq ki, ötən gecə Dəməşq ətrafındakı “Mezze” hərbi aerodromunda dalbadal güclü partlayışlar baş verib. Yaxın Şərq KİV-ləri xəbər verir ki, raket zərbələri İsrail aviasiyası tərəfindən endirilib. Suriya hüquq müdafiəçilərinin məlumatına görə, həlak olanlar və yaralananlar var.

Ərəb KİV-i bildirir ki, İsrailin Hərbi Hava Qüvvələrinin hücum hədəflərindən biri də,  əvvəllər də dəfələrlə aviazərbələrə məruz qalmış  tədqiqat mərkəzi “Cimriyan” olub.

Mahir Əsəd Suriya prezidentinin kiçik qardaşıdır, onu təsir gücünə görə ölkədə ikinci şəxs hesab edirlər. O, Respublika qvardiyasının və 4-cü elit zirehli tank diviziyasının komandanı, briqada generalıdır.

Bununla belə, bir sıra ekspertlər hesab edirlər ki, doğma qardaşlar arasında münasibətlər mürəkkəbdir və tez-tez gərgin xarakter alır.